Neftçinin həyat yoldaşından tükürpədici söz : "O, qayıdacaq..." - İtən neftçilərin FOTOLARI
Xəbər verdiyimiz kimi, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
İtkin düşən neftçi Güloglan Zülfüqarovun oğlu Elçin Zülfüqarovun AzVision.az-a verdiyi məlumata görə, atası hadisədən əvvəl onlara zəng edib.
"Dünən axşam saatlarında atam evə zəng etmişdi. Dedi ki, növbəni təhvil verib. Səsini yaxşı eşidə bilmirdik. Hiss olunurdu ki, güclü külək əsir, atam çətinliklə danışdı".
İtkin düşən neftçinin qardaşı Azay Zülfüqarov da ötən gün həyat yoldaşı ilə əlaqə saxlayıb.
Neftçinin xanımı Çimnaz Zülfüqarova AzVision.az-a bildirib ki, o, həyat yoldaşının sağ qayıdacağına inanır.
"Axşam saat 8-də Azaydan zəng gəldi. Uşaqlara görə çox narahat idi. Dedi ki, uşaqlara yaxşı bax. Onlar xəstələndiyi üçün Azayın keyfi yox idi. Uşaqlardan birinin 2, digərinin 3 yaşı var. Allahın köməyi ilə hər şey yaxşı olacaq. Azay öz ailəsinin, uşaqlarının yanına qayıdacaq. Buna inanıram".
Qeyd edək ki, Zülfüqarov Azay və Zülfüqarov Güloglan qardaşdılar.













8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?
Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir
Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş
Tərəf müqabili oldular