Nəm salfet istifadə edənlərə HƏKİM XƏBƏRDARLIĞI

Nəm salfet istifadə edənlərə HƏKİM XƏBƏRDARLIĞIHazırda məişətdə, işdə, məktəbdə, yolda - demək olar ki, hər yerdə ən geniş şəkildə istifadə etdiyimiz təmizləyici vasitə nəm salfetlərdir.
Gözəl qoxuya sahib olan bu salfetləri alır, ondan evin, kompüterlərin, iş masalarının tozunun alınmasında, yeməkdən sonra əllərimizin silinməsində, ən çox da uşaqların təmizliyində və sair istifadə edirik.
Mübaliğəsiz demək olar ki, bütün qadınların çantasında nəm salfet var.
Lakin dermatoloqlar gigiyenik vasitəni dəqiqliklə araşdırdıqdan sonra bu qənaətə gəliblər ki, salfetlər dərinin allergik reaksiyasına səbəb ola bilər. Bundan əlavə, tibbi statistikaya əsasən, bu cür hallar dünyanın müxtəlif bucaqlarında tez-tez baş verir. Məlum olub ki, nəm salfetlərdən istifadə edən şəxslərin 11%-də ciddi dəri xəstəlikləri əmələ gəlib. Bu göstəricilər həm də körpələri əhatə  edib. Sözügedən məlumat uzun müddət gizli saxlanılsa da, "Sydney Morning Herald" onu ictimaiyyətə təqdim edib. Orada bildirilir ki, alimlər bu xəstəliklərin dəqiq hansı səbəbdən yarandığını araşdırmağa çalışır. Ehtimal olunur ki, salfetlərin hopdurduğu maddədə olan metilizotiazolin dermatitin üzə çıxmasına təsir göstərir.
Məsələ ilə bağlı Ailem.az-a danışan dermatoloq Firayə Məmmədova deyir ki, nəm salfetlərdən istifadə həqiqətən də dəriyə zərər verir: "Xüsusilə də həssas dərilərdə, uşaqlıq çağında eqzema keçirənlərdə, kontak dermatiti olanlarda həssaslıq daha artıq olduğu üçün bütün xəstələrdə bunun zərərini görə bilirik".
Dermatoloq söyləyir ki, nəm salfetlərin hazırlanmasında istifadə olunan kimyəvi vasitələr, spirt dərinin zədələnməsinə səbəb olur. Bu fəsadlar uşaqlarda daha ağır olur: "Çünki uşaqların dərilərinin quruculuq funksiyası daha zəifdir. Quruculuğu zəif olduğu üçün onun sağalması da gec olur. Bəzi markalar var ki, müəyyən keyfiyyətə malikdirlər, amma istənilən halda biz nəm salfetlərin istifadəsini tövsiyə etmirik. Bununla yanaşı makiyajın da təmizlənməsində geniş istifadə olunan bu vasitə üzdə qızartıların, sızanaqların yaranmasına səbəb olur. Onu da qeyd edim ki, əgər uşaqlarda, yaxud böyük şəxslərin dərisində bununla bağlı hansısa problem yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır. Biz aparılan müayinə nəticəsində problemi araşdırıb müalicə təyin edirik. Xüsusi nəmləndirici kremlərdən istifadəni məsləhət görürük".
Tərkibindəki qatqı maddələrinə görə uşaqları nəm salfetlərlə silməyi qətiyyən məsləhət görməyən pediatr Günay Rəsulova bildirir ki, salfeti nəm saxlamaq üçün ona müxtəlif kimyəvi maddələr vururlar: "Bunlar isə uşaq dərisini aşındırır, zədələyir. Onların dərisində infeksiyalaşır ki, bu da dermatitə gətirib çıxara bilər. Bundan əlavə, uşaqlarda nəm salfetlərin istifadəsi sidik yolu infeksiyalarının yaranmasına da yol açır. Nəm salfetlərin zərərlərinin digər səbəbi isə dərini nəm saxlamasıdır. Bilirsiniz ki, nəm şəraitdə də göbələk infeksiyalarının artmasına geniş şərait yaranır. Bu isə uşaqda qaşınma və səpkilər yaradır. Ona görə uşaqları təmizləmək üçün nəm salfetlərdən istifadəni qətiyyən tövsiyə etmirik. Bunun əvəzinə yaxşı olar ki, onları su ilə yusunlar və yaxşı-yaxşı qurulasınlar. Bundan başqa, pambığı adi su ilə isladıb onunla da lazım olan yerləri silmək olar. Bu halda uşağın dərisində heç bir səpki, qızartı müşahidə edilməyəcək".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1193   Tarix: 28 fevral 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin

Son illərdə dəri baxımı dünyasında jojoba yağının möcüzəvi təsirləri geniş müzakirə olunur. Jojoba bitkisinin tərkibindəki maye mum efirləri insan sebumu (dərimizin təbii yağı) ilə 97% uyğunluq təşkil edir. Dəri baryerin

.

120 il yaşamaq üçün nə edək?

Sağlamlıq monitorinqi 120 il ömür uzunluğuna çatmağa kömək edə bilər. -a istinadən xəbər verir ki, ömür uzunluğunun 120 ilə qədər artırılması düzgün profilaktik tədbirlər, müntəzəm sağlamlıq monitorinqi və sağlam həyat tərz

.

Tahinin əsas faydaları

Tahin küncüt toxumlarından əldə edilən, həm dadlı, həm də olduqca faydalı bir qidadır. xəbər verir ki, Medicana Sağlamlıq Qrupu tərəfindən hazırlanan məlumatlara əsasən, tahinin faydaları və gecə istifadəsi haqqında əsa

.

Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır

Yay fəslində bir çox insan mümkün qədər tez qaralmağa çalışır. Lakin bərabər və qızılı dəri tonu yalnız xarici görünüş deyil, həm də sağlamlıq məsələsidir. Günəş yanıqlarından, piqmentasiyadan və dərinin vaxtından əvvəl qocalmasında

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı

İnsan orqanizmindəki orqanlar eyni sürətlə yaşlanmır. -a istinadən xəbər verir ki, bu barədə həkim-onkoloq İlya Kolışev məlumat verib. Mütəxəssisin sözlərinə görə, məhz buna görə də orqanizmin bioloji yaşı ayrı-ayrı orqa

.

Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək

Son illərdə qalın və baxımlı qaşlar gözəllik trendlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin tez-tez makiyaj etmək, yanlış qaş alma vərdişləri və ətraf mühit amilləri qaşların zəifləməsinə səbəb ola bilər. Kimyəvi tərkibl

.

Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar

"Çimərlik mövsümündə günvurmadan və günəşin zərərli təsirlərindən qorunmaq üçün insanlar günəş şüalarının daha zəif olduğu saatlarda dənizə getməlidirlər". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsm

.

Diabet riski yüksək olan qan qrupu açıqlandı

Fransada aparılan genişmiqyaslı araşdırma müəyyən qan qrupları ilə 2-ci tip diabet arasında əlaqə ola biləcəyini ortaya qoyub. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, diabet inkişaf riski ən yüksək olan qan qrupu

turlar.az

geyim və ayaqqabılar toy gecesi yaz geyimleri 2026 uşaq psixologiyası dəri xəstəlikləri sarimsaqla qurdun mualicesi hamileliyi pozmaq ucun kosmetika şebnem tovuzlu laylalar cinsi burcler ginekoloq