Nəsihətlər (2-ci hissə)

Nəsihətlər (2-ci hissə)Kim Allahdan (c. c.) üz çevirənlərlə dost olsa ALLAH (c. c.) onu qullarının gözündə kiçildər.

Ebul Həsən Əli b. Vəfa

ALLAH (c. c.) bir quluna bir çox nemət verdikdən sonra, bu nemətləri alıb əvəzinə səbri versə, bu əvəz aldığı nemətədən daha xeyirlidir dedi və sonra bu ayəni oxudu: Yalnız səbr edənlərə əcrləri sonsuz olaraq verilecektir.

Hz. Ömər b. Əbdüləziz (r. h.)

-Kime dost olum

-Səni necə bilirsə, bax elə o halını gizlədə bilməyəcəyin birinə, yəni Allaha (c.c.)

Əbu Yezid əl-Bestami (r. h.)

Müvəffəqiyyət Allahdandır. Asanlıq da Ondan gəlir.

Seyid Qütb (r. h.)

Yerinə yetirəcəyin vəzifələrini boş vaxta qədər təxirə salmaq nəfsin axmaqlığındandır.

İbn Ataullah İskəndəri (k. s.)

Allahı (c. c.) söyləyən söz gözəldir. Allahın (c. c.) nemətlərini düşünmək isə ən üstün ibadətdir.

Ömər min Əbdüləziz (r. h.)

Haqq uğruna xərclənməyən hər şeyin iki qatı, batil yolda gedər.

İ. Haqqı Bursəvi (k. s.)

Allahın (c. c.) baxışları səni əhatə edərkən, xalqın baxışını necə əhəmiyyət verirsən. Xalqın baxışlarını bir tərəfə burax. Haqqın yönünü görməyə çalış.

İbn Ataullah İskəndəri (k. s.)

Haqqın aradan qaldıracağı bir ehtiyacını başqasından istəmə. Onun sənin üçün vermədiyini başqası necə verə bilər. Öz ehtiyaclarını aradan qaldırmaqda aciz olan başqası üçün necə güc yetirəbilər.

İbn Ataullah İskəndəri (k. s.)

Kamil insan, nəfsini tapdalayıb həzm edən adamdır ki, Rəbbi onu qullarının diliylə tərifləyər, ucaldar.

Ebul Həsən Əli b. Vəfa (r. h.)

ALLAH (c. c.) sizə dünyanı, onunla axirəti axtarasınız deyə vermişdir. Ona meyl edəsiniz deyə deyil!

Hz. Osman (r.ə.)

1- Dilin zikri: qəlbdən pisliklərin vədünyəvi istəklərin çıxarılması üçün Allahı (c.c.) mədh etməkdir.

2- Ürəyin Zikri: Allahı(c. c.) ürəkdən təfəkkür edərək, Allahın (c. c.) ürəyinə nəzər yetirdiyinin şüurunda olmaqdır.

3- Nəfsin Zikri: Hərf və səs yerinə, hiss və xəyal ilə səmimiliklə və ürəkdən Allahı (c. c.) xatırlamaqdır.

4- Ruhun Zikri: Allahın (c. c.) kainatda təcəlli edən gözəl sifətlərinin nəticəsinə baxaraq, Onu təfəkkür etmək, düşünməkdir.

Əhməd Cahidi Əfəndi (k. s.)

İsrarla istədiyinhalda bağışlayanın gecikməsi səni ümidsizliyə salmamalıdır. Çünki ALLAH (c. c.) duaların qəbul olunacağına söz vermişdir. Ancaq qəbul edəcəyi istək sənin özün üçün bəyəndiyin deyil, Onun sənin üçün bəyənəcəyi olacaq. Və qəbul, sənin istədiyin zaman deyil, Onun istədiyi zaman olacaq.

İbn Ataullah İskəndəri (c. c.)

Zühdün (dünyaya və maddi mənfəətə dəyər verməmə, qənaətkar olma) böyük bir qisimi insanların içindəykən olar. Yəni tərifləmələrini istəməz, qınamalarına əhəmiyyət verməzsən.

Fudayl b. Iyad (r. h.)

Sən Allahdan (c. c.) razı olmazsansa, Allahın (c. c.) razılığını necə istəyə bilərsən?

Yəhya b. Muaz (r. h.)

Kim hikmət axtarırsa,Allaha (c. c.) üsyan etməsin!

Bişr-i Hafi (r.h.)

İnsanın Allahın (c. c.) köməyindən məhrum olunmasının əlaməti nədir?

- Gözəl və xeyirli şeyləri çirkin görməsi, çirkin şeyləri isə gözəl və xeyirli görmesidir.

Məhəmməd b. Kab əl-Karazi (r. h.)

Allahın (c. c.) səndən daha üstün yaratdığı kəslərə pis gözlə baxma! Yoxsa eynilə İblisin mələk surətindən şeytanı surətə çevrilməsi kimi sən də pis hala düşərsən.

Ebul Həsən Əli b. Vəfa (r. h.)

Üç şeyi etmədən, digər üç şeyi iddia edən yalançıdır; Allhın (c. c.) haram etdiklərindən çəkinmədiyi halda Allahı (c. c.) çox sevdiyini söyləyən, malını xeyirə xərcləmədiyi halda, cənnəti arzuladığını söyləyən, kasıbları sevmədiyi halda Peygamberi (s.ə.v.) sevdiyini iddia edən. Baxbunlar yalançıdırlar.

Xəttim əl-Asamm (r. h.)

- Münafiq kimdir?

- İslamı izah edən amma əməl etmeyendir.

Huzeyfe (r. h.)

Nəfsini tərbiyə etməmiş insanların etdiyi xidmətlər ALLAH (c. c.) üçün deyil, nəfsləri üçündür.

İmam Qəzali (r. h)

ALLAH (c. c.) zalımlara meyl edilməsinin nəticəsinin atəş olacağını buyurur. (Hud: 113) Bir düşün, zalım olmayanın zalıma yaxınlıq göstərməsi insanı cəhənnəmə aparırsa, şəxsən zülm işləyənin vəziyyəti necə olur?

İmam Qəzali (r. h.)

Həqiqi sevgi üç şəkildə təcəlli edir, daha doğrusu varlığını göstərir:

1- Sevən, sevdiyinin sözünü, başqalarının sözündən üstün tutar.

2- Sevən, sevdiyinin söhbətini, başqalarının söhbətlərindən üstün tutar.

3- Sevən sevdiyini məmnun etməyi, başqalarını məmnun etməkdən üstün tutar.

İmam Qəzali (r. h.)

Həqiqətən ağıllı olanbir qul, əməli ilə necə öyünə bilir? Etdiyi əməllər Allahın (c. c.) bir nemətidir. Bu fürsəti ona nəsib etdiyi üçün şükr və təvazü hissləri içində olmalıdır.

Əbu Süleyman et-Daranı

Sözü Allahın (c. c.) yolunu göstərməyən, halı Allaha (c. c.) çatdırmayan kimsə ilə yoldaşlıq etmə.

İbn Ataullah İskəndəri (k. s.)

- Bir insan öz dostunu nə üçün sevməlidir?

- Onun Rəbbinə olan gözəl xidmətini gördüyü için.

Əbu Safvan b. Ovanə (r. h.)

Yalan, səhv, boş və faydasız şeyləri uzun müddət dinləmək, ürəkdəki ibadət ləzzətini itirər. Kim həyatını canlı olaraq davam etdirmək istəyirsə, ürəyindən hər cür tamahı və ehtirası tullasın.

Abdullah b. Hubayk (r. h.)

Səni Allaha (c. c.) yaxınlaşdıran şey- yalnız Allahdan (c. c.) istəməyin, yalnız Ona yalvarmağındır. Səni insanlara yaxın və onların nəzərində etibarlı edəcək şey isə, onlardan heç bir şey istəməməyindir.

Əbu Bəkir əl-Varrrak (r. h.)

Bədənin xəstəliyi ağrı və sızıntıları ilə bəlliolar. Ürəyin xəstəliyi isə günahlarla ortaya çıxar. Bədən xəstə olan zaman yeməyin dadını necə ala bilmirsənsə, ürək də günah bataqlığında olandaibadətin ləzzətini hiss edə bilmir.

Zünnun əl-Mısri (r. h.)

"Əcəl yetişməmiş xeyirli işlər üçün tələsin. "

Hz. Osman

"Allah (C.C) bütün işlərdə mülayimliy sevər. "

Hz. Məhəmməd (səv)

"Sizdən her biriniz öz nəfsi üçün istədiyini mömin qardaşı üçün də istəmədikcə kamil mömin ola bilməz."

Hz. Məhəmməd (səv)

"Başqasını islah etməyə cəhd etməzdən əvvəl özünü islah etməyə bax. "

Hz. Ömər

"Allahı anın, Onu xatırlamaq şəfadır. "

Hz. Ömər

"Üsyanınız nəfsinizə, itaətiniz Rəbbinizə olsun. "

Abdulqadir Geylani

"Nemətləri, Allaha şükr edərək əldə saxlayın."

A. Arvasi

"Pis işin ən gizli şahidi vicdanımızdır."

Hz. Ömər

"Heç bir şey ürəkdən çıxanlar qədər ürəyə fayda verməz. Ürək nə qədər saf və Allaha adanmış olsa, o qədər böyük faydaya çatar."

Hz. Ömər

"Nə qədər bilirsən bil! İzah edə bildiklərin, qarşındakının anlaya bildiyi qədərdir."

Mövlana C. Rumu

"Daşı deşən suyun qüvvəti deyil, damlaların davamlılığıdır."

Atalar sözü

İnsanların ən cahili, axirətini başqasının dünyası üçün satandır.

Hz. Ömər

"Boş zaman yoxdur. Boşa keçən zaman vardır."

Atalar sözü

İmanın üstünü: Harada olursan ol, Allahın (C.C) səninlə olduğunu bilməyindir.

Hz. Məhəmməd (səv)

"iki şey axmaqlıq əlamətidir, danışacaq yerdə susmaq, susacaq yerdə danışmaq."

Atalar sözü

Toprağa hər cür pis şey atılar. Lakin torpaqdan həmişə gözəl şeylər bitər..."

Ağşəmsəddin

Başqasında görüb xoşlanmadığın eyibin özündə olduğunu görməməkdən böyük eyibolmaz.

Hz. Ömər

Bağışlamaq zəfərin zəkatıdır.

Hz. Məhəmməd (səv)

Hiç kim qədərini dəyişdirə bilməz və qədərindən qaça bilməz.

Goethe

Atəş odunu necə yeyirsə həsəd etmək də eləcə yaxşılıqları yeyib udur, məhv edir.

Hz. Məhəmməd (səv)

Ədalət mülkün təməlidir.

Hz. Ömər

Yalan elə zəhərli bir oxdur ki, hədəfini deyil, atanı yaralar.

Ərəb atalar sözü

Ağcaqanadın gözünü xəlq edən, Günəşi dəxəlq etmişdir.

Bədiüzzaman Səid Nursi

Həqiqi azadlıq - Haqqa köləlikdir.

Hz. Əli

İnsanlar əvvəlcə pul qazanmaq üçün sağlamlıqlarını itirirlər, sonra da sağlamlıqlarını qazanmaq üçün pullarını xərcləyirlər.

Goethe

Dünyanızı islah edin. Sabah öləcəkmiş kimi də axirət üçün işləyin.

Hz. Məhəmməd (səv)

Allahı (CC) zikr etmək, ürəklərin şəfasıdır.

Hz. Məhəmməd (səv)

Maraqlı     Baxılıb: 1991   Tarix: 26 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Müəllim və direktorlara ŞAD XƏBƏR

2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsai

.

Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO

Dövlət İmtahan Mərkəzi Azərbaycanda özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin yer alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

.

Repetitorların qiyməti yüksəldi: 1 fənn üzrə 200 manat

Yeni tədris ili valideynlərin qayğılarını artıb. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onları

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

turlar.az

qadin dunyasi yay geyimləri 2026 qadin sayti seks poza şəkilləri seks hekayələri süni mayalanma dəridə ləklər kosmetika englishdilində qulaq yumurta olumu toyuq salati novruz bayramı