Neslihan Atagül Bakıdadır - FOTOLAR
Türkiyəli aktrisa Neslihan Atagül Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, aktrisa bu gün media nümayəndələri ilə görüşüb.
Neslihan ilk olaraq paytaxtımızla bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, Bakını çox sevib:
"Bura çox gözəl və təmiz yerdir. Fikirləşirəm ki, niyə mən bundan əvvəl bura gəlməmişəm. Sosial şəbəkədə mənə Azərbaycandan çox yazanlar var idi. Burada sevildiyimi bilirdim. İndi isə bunun şahidi oldum".
Neslihan həyat yoldaşı, aktyor Kadir Doğuludan da danışıb:
"İkimiz də film sahəsində çalışırıq. Ona görə də bir-birimizi başa düşürük. Heç mübahisə etmirik. Toyumuzdan bir həftə sonra çəkilişlərə qaçdım. İndi heç bir dəvəti qəbul etmirəm. Ailəmə vaxt ayırmaq istəyirəm. Bir müddət özümlə məşğul olacam, dincələcəm.
Hələ ki, uşaqla bağlı planımız yoxdur. Amma qismət, Allah nə vaxt məsləhət bilsə, olacaq".
Atagül gözəllik sirrini də açıqlayıb. O deyib ki, formada qalmaq üçün çoxlu yatır və su içir:
"Dostlarım həmişə təəccüblənir ki, necə enerjili birisən. Səhər saat 5-də yatsam da, tez oyanıb çəkiliş məkanına yüksək əhvalla gedirəm".













Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin