Nəyə görə ər-arvadın yatağı ayrı olmalıdır? - ALİMLƏRDƏN İZAH

Nəyə görə ər-arvadın yatağı ayrı olmalıdır? - ALİMLƏRDƏN İZAHBir çarpayıda qucaqlaşıb yatmaq romantik münasibətləri möhkəmlətsə də, ər-arvadın ayrılıqda səhhəti üçün zərərlidir.
Aparılan sorğular göstərib ki, hər 7 cütlükdən biri yoldaşı evdə olmayanda rahat yatır, hər 5 cütlükdən biri isə ayrı yatmağı düşünür, lakin deyə bilmir, çünki ailə həyatında çarpayı bir olmalıdır kimi ənənə var.
Bu istək heç də bir-birinə dözə bilməməsi yox, sadəcə yaxşı yatıb dincəlmək və yuxudan doymaq istəyidir.
Yuxu zamanı yatanın öz şəxsi sahəsi olmalıdır. Əgər onun yanında kimsə tərpənirsə, xoruldayırsa, xırıltılı nəfəs alırsa, çevrilirsə, vurnuxursa, gecəyarı yerindən qalxıb yenidən uzanırsa, bu artıq yatmış insanın yuxusunun pozulması deməkdir.
Belə olan halda nəinki ayrı çarpayı, hətta qalxıb başqa otağa keçmək istəyirsən.
Milli.Az medicina.az-a istinadən bildirir ki, alimlər də ərindən, arvadından ayrı yatmaq istəyənləri başa düşür və dəstəkləyir. Çünki bu onların sağlamlığı, psixi durumu üçün çox vacibdir. Rahat yatmayan kişi səhər gərgin olacaq, işləri getməyəcək və təbii ki, belə olan halda ailəsi ilə davranışı da pis olacaq.
Məşhur yuxu üzrə alim Nil Stenli 35 ildir bu məsələ üzərində işləyir və bir çox boşanmaların səbəbinin elə ər-arvadın bir yerdə yatmasında görür. Ər-arvad yalnız cinsi münasibət zamanı bir çarpayıda yata bilərlər. Hər gün cinsi əlaqədə olan kişi isə çox azdır. Ona görə qalan vaxtlarda ayrı yataqlarda yatmaq lazımdır.
Stenli 2007-ci ildə maraqlı bir təcrübə aparıblar. 15 cütlüyün qoluna yatanda electron brasletlər taxaraq, onların yuxuda davranışını izləyiblər. Məlum olub ki, cütlükdən biri yerində çönəndə bir neçə saniyə sonra o biri də çönüb.
"Bu onu göstərir ki, yuxusuzluq və yuxu ilə bağlı problemlərin 3-də birində partnyorlar günahkardır. Gələcəkdə bu sağlıq və psixikada problemlərə, ordan da münasibətlərə mənfi təsirini göstərəcək".
Almaniyada aparılan bir araşdırma isə göstərib ki, yuxusuzluqdan əziyyət çəkənlər arasında boşananlar çoxdur. Uzun müddət narahat yatmaq II tip diabet, depressiya, demensiyaya səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1290   Tarix: 16 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

makiyaj instagram sac duzumleri geyim seçimi gənc ailə zire yagi sac ucun bal şəfadı yay kolleksiyasi 2026 kosmetika salatlar seksi novruza aid hakisda hesaplama faydalı maskalar