Nəyə görə insan şoraba və duzlu yemək istəyir?

Nəyə görə insan şoraba və duzlu yemək istəyir?İnsan orqanizminin daha çox şorabaya meyilli olması, xüsusən hamiləlikdə bu tələbatın artması tibdə ən təəccüblü məqamlardan biridir.
Şorabaya spesifik dadı xlorid - natriy verir.
Karbohidrat, zülal və yağlardan fərqli olaraq, şoraba orqanizmə heç bir enerji vermir, qida dəyəri yoxdur, hüceyrələr üçün tikinti və həyat materialı deyil. Amma digər kimyəvi, toksiki maddələrdən fərqli olaraq, insanı zəhərləmir.
Milli.Az bakupost-a istinadən xəbər verir ki, natrium orqanizmə lazımdır, lakin onun sutkalıq dozası 5 qr-ı keçməməlidir. Lakin biz xörəyi, çörəyi duzlamaqdan bezməyib, hər oturumda 100 qram və daha çox şoraba, turşu da yeyirik.
Heç kim salatına sink, selen, dəmir səpmir, halbuki orqanizmə onlar duzdan daha çox lazımdır.
Duzlu qida istəmək heç də natrium defisitində baş vermir. Şoraba sadəcə beynin alışdığı daddır, vərdişdir.
Dildə olan dad reseptorlarının aktivliyi nəticəsində insan daha çox xoşuna gələn qidaya meyillənir. Adətən bu şirin və duzludur.
Alimlər insanda 16 müxtəlif dad spektri aşkarlayıb. Bunlar kükürd dadlı -kələm, yumurta, bəzi bitkilər, sitrus dadları, ağac dadı - kök, fındıq, qoz və s.
Dadbilmə də hissdir və insanda baza və alt dad hissləri var. Hətta biz suyun da dadını hiss edirik.
Baza dadlar- acı, şirin, turş, duzlu və qarışıqdır.
Bunlardan biri ağıza düşdükdə, xüsusi molekullar dad reseptorları ilə əlaqəyə keçib, beyin kökünə elektrik siqnalları kimi kimyəvi siqnal göndərir
Ordan isə siqnallar digər bölmələrə ötürülür.
Bu siqnal ötürülməsi ona görə lazımdır ki, insan ağzına qoyduğu maye və qidanın köhməlmiş, kal, çiy, zəhərli, acı olub olmamasını hiss etsin və özünü qorusun.
Alimlər onu da sübut edib ki, dad reseptorları orqanizmdə həyati vacib kimyəvi element, mineralların disbalansını təyin etsin.
Hesab edilir ki, əgər insan çox şoraba istəyirsə, bu natrium ionlarının çatışmamasına siqnal ola bilər.
Orqanizmdə bu elementin lazımi norması saxlanmalıdır ki, hüceyrələrin, neyronların siqnal ötürmə funksiyası işləsin.
Natriumsuz hüceyrələr bir-biri ilə ünsiyyətə girə bilmir, informasiya mübadiləsi getmir, orqanizmdə kəskin duz çatışmazlığı olarsa hiponatriemiya baş verir, nəticədə insan ölür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1566   Tarix: 09 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

toy makiyajlari geyim şəkilləri kosmetik vasiteler dirnaq manikuru qadin psixologiyasi qadın və cəmiyyət sifahi xalq ədəbiyyatı növləri kosmetika novruza aid hakisdalar rus dilin nece orenek xocali vətən cantalar