Neyroblastoma
Neyrobalstoma sinir hüceyrələrinin şiş xəstəliyidir. Xəstəliyə ən çox azyaşlı (1 yaşa qədər) uşaqlarda rast gəlinir.
Xəstəliyin əmələ gəlmə səbəbləri tibbə məlum deyil. Amma neyroblastomanın baş verməsində bəzi faktorların rolu olduğu danılmır:
* hamiləlik zamanı dərmanların qəbulu
* kimyəvi maddələrdən istifadə
* müxtəlif viruslar
* radiasiya şüaları.
Neyroblastoma orqanizmin istənilən hissəsində əmələ gələ bilir. Əmələ gəldiyi yerdə şiş toxuması dəri altında dəyişikliyin əmələ gəlməsinə səbəb ola bilir. Neyroblastoma qan və limfa vasitəsilə əmələ gəldiyi yerdən orqanizmin digər bölgələrinə yayılır. Xəstəlik sümük və sümük iliyinə metastaz verir. Bu zaman xəstələrdə aşağıdakı əlamətlər meydana çıxır:
- sümük ağrıları
- anemiya
- müxtəlif infeksiyalara yaxalanma riski
- qanaxmalar
- metastaza bağlı qızdırma
- həzmin pozulması
- arıqlama
- qəbizlik.
Neyroblastoma zamanı şiş toxumasının kökü başladığı orqana bağlı olur. Xəstəlik inkişaf etdikcə xəstələrdə ekzoftalium, dəri altında ağrısız düyünlərin olması, təngnəfəslik, dös qəfəsində ağrılar baş verir.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Müalicə zamanı cərrahi müdaxilə aparılır və xəstəyə kimya terapiyası təyin edilir.
Milli.Az / news.milli.az









50 minə saat almaqdansa, xanımıma zinət əşyası alaram
Elşad Qarayevin vəsiyyəti nədir?
Məşhur aktrisanın QİÇS-dən öldüyü təsdiqləndi
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
Xiyarın möcüzəvi faydaları
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
Sağlam qaraciyər üçün qəhvə için
İşdə nə edək ki, daha az yorulaq
Çılpaq yatmağın faydaları