Nigardan Şəbnəmin duet təklifinə reaksiya
Avroviziya qalibimiz Nigar Camal müğənni Şəbnəm Tovuzlunun duet təklifinə cavab verib.
azxeber.com xəbər verir ki, bu barədə sənətçi ARB TV-də yayımlanan "Pərvizə görə" proqramında danışıb.
O, Tovuzlunun duet təklifini rədd edib:
"Belə bir təklif gözləmirdim. Həyatda onunla tanış olmamışam. Eşitmişəm ki, yaxşı insandır. Amma biz çox fərqli müğənnilərik. Fərqli dünyalarımız var. Düşünürəm ki, duet bizdə heç vaxt alınmaz. Məsələn, Aygün Bəylərlə də fərqli müğənniyik. Lakin Aygün başqa məsələdir. Həm onun xətrini də çox istəyirdim. Şəbnəm Vəfa Şərifova ilə duet oxusa, maraqlı olar".
Qeyd edək ki, Şəbnəm bir müddət öncə "Rəngarəng səhər" verilşində Nigarla duet oxumaq istədiyini demişdi.
Aysel









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin