Nişanlı qız haqda şayiə yayan şəxs qanına qəltan edildi – TƏFƏRRÜAT

Nişanlı qız haqda şayiə yayan şəxs qanına qəltan edildi – TƏFƏRRÜATSabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Ağanəzər Umudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.com xəbər verir ki, Ağanəzər Umudov Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində kirayədə yaşayıb.

Ağanəzər Umudov Suraxanı qəsəsbəsində yerləşən bazara gəlib. O, bazarda Elman Səfərovun işlətdiyi paltar mağazasında ictimai qaydanı pozub və Elmanı amansızcasına döyüb.

Buna səbəb Elman Səfərovun onun nişanlısı Samirə Mehdiyevanın (ad və soyad şərti verilib) əxlaqsız olması barədə şaiyələr yayması olub. Bunu bəhanə edən Ağanəzər Umudov Elman Səfərovun bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri ilə vurub.
Bununla da Ağanəzər Umudov Elman Səfərovun sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirib.

Bu zaman onun hərəkətlərinin qarşısını alan Elman Səfərovun qohumu Arzuman Bəkirova müqavimət göstərib. O, bıçaqla Arzuman Bəkirovun qarın nahiyəsindən vurub.

Arzuman Bəkirov xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Ağanəzər Umudov Cinayət Məcəlləsinin 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində sağlamlığa xəsarət yetirmə), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağanəzər Umudov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ağanəzər Umudov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu deyib. Bildirib ki, Elman Səfərov onun nişanlısının əxlaqsızlıq etdiyini deyib. Buna görə də onunla mübahisə edib.

Ağanəzər Umudov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini xahiş edib. apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsində, hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan ediblər. Qərara görə, Ağanəzər Umudovun apelyasiya şikayəti təmin edilməyib.
Bundan sonra Ağanəzər Umudov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Ağanəzər Umudov bildirib ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmayıb, onun əməlində xuliqanlıq cinayətinin əlaməti olmayıb, həmçinin cəza təyin edərkən cəzanı yüngülləşdirən halları nəzərə alınmayıb.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə Ağanəzər Umudovun kasasiya şikayəti araşdırılıb. Hakim kollegiyası Ağanəzər Umudovun kasasiya şikayətini rədd edib.

Xəbərlər     Baxılıb: 2028   Tarix: 23 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

geyim dəbləri yay geyimləri 2026 geymler 2026 dırnaqlara qulluq qırmızı xalça spermanin qadina faydasi maraqli hind filmleri kosmetika sanama seksi novruz bayrami veten google