Nişanlısı ilə kəbin kəsdirdi, 3 gün sonra öldü - 28 yaşlı Kənanın ürək dağlayan taleyi - FOTO
Mayın 25-də gcə saatlarında Bakının Qaradağ rayonu ərazisində - Lökbatan dairəsində baş vermiş dəhşətli yol qəzasında vəfat edən 28 yaşlı Mikayıl Məmmədovun bu gün yas mərasimi keçirilib.
Xanim.az lent.az-a istinadən bildirir ki, mərhumun yaxınlarının dediklırinə görə, Mikayıl nişanlı imiş və Ramazan ayından sonra toyu olacaqmış. Məlum hadisədən 3 gün əvvəl isə o, nişanlısı ilə kəbin kəsdiribmiş. Rəsmi nikah sənədi isə iyulda keçiriləcək toyda imzalanmalı imiş. 28 yaşlı Mikayıl toya görə evi təmir də etdiribmiş.
Yaxınlarının dediyinə görə, Mikayıl atasız böyüyüb və anası ilə bacısına yeniyetmə yaşlarından işləyərək baxıb. Çox zəhmətkeş və ədəbli gənc kimi onu tanıyanlar tərəfindən sevilən Mikayıl 10 ilə yaxın Xətai rayoundakı "Sarıqaya" restoranında işləyib. Bir neçə gün əvvəl isə o, Qaradağ rayonundakı zavodlardan birinə işə düzəlib. Hələ rəsmən işə qəbul olunmayan Mikayıl hadisə baş verən gün yoldaşları ilə işdən şəhərin mərkəzinə doğru gəlirmiş. Dəhşətli qəza da bu zaman baş verib. Maraqlıdır ki, hadisə vaxtı sürücü ilə onun arxasında, yəni sol oturacaqda əyləşən şəxs yüngül xəsarət alsa da, sağ ön oturacaqdakı Mikayıl və sağ arxa oturacaqdakı 36 yaşlı Rüfət Paşayev hadisə yerində vəfat edib.













Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir