Niyə arıqlaya bilmirik?

Niyə arıqlaya bilmirik?"Geniş yayılmış fikrin əksinə olaraq, çəki atmaq üçün kalori, zülal, yağ və karbohidratların (KZYK) miqdarını saymaq kifayət deyil".
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə tanınmış rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov xəbərdarlıq edib.
O, arıqlamaq haqqında geniş yayılmış bu fikri mif adlandırıb.
"Nə yediyiniz vacib deyil. Vacib olan, nəyin orqanizminiz tərəfindən sorulduğudur!" - deyə o vurğulayıb.
Həkim qeyd edib ki, bəzən məhsulların qablaşdırmasında düzgün KZYK yazılsa da, çəki yenə də artmağa davam edir.
"Çəki atmağı (yığmağı) yalnız "nə qədər kalori qəbul etdin və nə qədər kalori sərf etdin" kimi nəzərdən keçirmək düzgün deyil. Bu, şübhəsiz ki, belədir, lakin bir nüans var. Çəki mürəkkəb hormon sistemi ilə tənzimlənir" , - deyə o bildirib.
Mütəxəssis kəskin arıqlamağa qarşı çıxıb.
"Biz kəskin arıqlamağa qərar verəndə, orqanizm hormonlara "komanda" verir - "müharibə rejimi, bizi artıq yedirtmirlər!" Beləliklə, "qənaət rejimi" işə düşür - bazal enerji sərfiyyatı azalır, bir kiloqram çəkinin saxlanmasına artıq 22 deyil, cəmi 15 kilokalori sərf olunur" , - deyə həkim izah edib.
Onun sözlərinə görə, kəskin arıqlamaq cəhdi iştahanı və yağ yığılmasını stimullaşdırır.
Həkim onu da vurğulayıb ki, bazal metabolizmin birdəfəlik azalması nəticəsində insan adi həyat tərzinə qayıtdıqda metabolizm uzun müddət normaya qayıtmır.
"Sağlam arıqlamaq üçün real məqsədlər qoyulmalı və çəki tədricən azalmalıdır. Əsas odur ki, balanslaşdırılmış qidalanasınız, dəbdə olan pəhrizlərə uyğunlaşmayasınız. Yalnız qidalanmanı dəyişməklə heç nəyə nail olmaq olmur. Müntəzəm fiziki yüklənmələr mütləqdir" , - deyə o, sözlərini yekunlaşdırıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1030   Tarix: 23 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

donlar 2026 makiyaj etmek qaydalari qadın geyimi yaşıl çay daglar haqqinda məmməd ismayıl gozlerin bezedilmesi kosmetika nizami gencevi seksi intim kley lekesi klitor