Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb
Bəzi insanların ağcaqanadların hədəfinə digərlərindən daha tez çevrilməsinin səbəbləri açıqlanıb.
Milli.Az xəbər verir ki, rusiyalı mütəxəssis Nikolay Durmanov bildirib ki, bu, əsasən insan orqanizminin yaydığı qoxular, bədən istiliyi və davranış xüsusiyyətləri ilə əlaqədardır.
Onun sözlərinə görə, ağcaqanadlar insanı təkcə bədən istiliyinə görə deyil, həm də dəridən ayrılan müxtəlif maddələrə görə müəyyən edirlər. Xüsusilə süd turşusu və dəri mikrobiomunun ifraz etdiyi təbii qoxular bu həşəratlar üçün daha cəlbedici hesab olunur. Bu qoxular isə insanın sağlamlıq vəziyyəti və gigiyena vərdişlərindən asılı olaraq dəyişə bilir.
Mütəxəssis qeyd edib ki, ağcaqanadlar yalnız qoxuya deyil, görmə qabiliyyətinə də güvənirlər. Tünd rəngli geyimlər və aktiv hərəkətlər onların diqqətini daha çox cəlb edir. Bu səbəbdən açıq rəngli paltar geyinmək və mümkün qədər az hərəkət etmək dişlənmə riskini müəyyən qədər azalda bilər.
Durmanovun sözlərinə görə, spirtli içki qəbulu da ağcaqanadların insanlara marağını artırır. Çünki alkoqoldan sonra bədən daha çox istilik yayır, tərləmə artır və insan daha aktiv hərəkət edir. Bütün bunlar isə ağcaqanadların həmin şəxsi daha asan müəyyən etməsinə şərait yaradır.
Müəllif:Aysel Əkbər (Milli.Az müxbir)









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qadınları orqazma çatdıran 7 seks pozası
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Çağatay bu dəfə 'Eşref Tek'lə qayıdır?
Azərbaycanlı şoumen aliment davasında qalib gəldi
Röya Ayxandan yeni ekran həyəcanı: "Baldır Yar
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi
Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi
Bahalı saatı gündəm oldu