Niyə kişilər özlərindən böyük qadınlarla evlənir? – PSİXOLOQ İZAH EDİR

Niyə kişilər özlərindən böyük qadınlarla evlənir? – PSİXOLOQ İZAH EDİRXüsusilə son illər gənc oğlanların özlərindən yaşca çox böyük qadınlarla evlənməsi halları artıb. Amma cəmiyyətin bu cür hallara münasibəti birmənalı deyil. Əksəriyyət belə münasibəti hələ də qəbul edə bilmir. Çoxlarının fikrincə, kişi evlənəcəyi xanımdan yaşca böyük olmalıdır. Bəs əslində doğru hal hansıdır? Niyə oğlanlar özlərindən yaşca böyük qadınlarla ailə qururlar? Daha çox hansı xasiyyətli oğlanlar bu cür addım atır? Psixoloq Səbinə Bayramova Ailem.az-a açıqlamasında məsələnin psixoloji məqamlarına aydınlıq gətirib.

Bioloji yaşla psixoloji yaş həmişə üst-üstə düşmür

Psixoloqun sözlərinə görə, ümumiyyətlə, cəmiyyətdə yayılmış bir fikir var ki, kişi qadından bir neçə yaş böyük olmalıdır. Əslində isə evlilik psixologiyasında daha çox psixoloji yaş önəmlidir: "Bəzi cütlüklər arasında bir neçə yaş, bəzilərində isə 8-10 yaşa qədər olur. Əslində isə evlilik psixologiyasında, daha çox psixoloji yaşın önəmindən söhbət aça bilərik. Çünki bioloji yaşla psixoloji yaş həmişə üst-üstə düşmür. Evlənəcək şəxslərin psixoloji özəlliklərini müəyyənləşdirən isə bioloji yaş deyil. Onların yetişmə tərzi, təhsil vəziyyəti, yetişdiyi ailə, ortamdır".

"Böyümək" psixoloji yetkinlik demək deyil

Mütəxəssis deyir ki, evlilikdə şəxslərin bioloji yaşı yox, psixoloji yaşı əsas rol oynayır: "Məsələn, eyni yaşda olan cütlüklərin birinin uşaq xarakterli, digərinin daha yetkin şəxsiyyətə sahib olduğunu tez-tez görürük. Bu da əlbəttə, münasibətin, evliliyin hüzurlu davam etməsinə mane ola biləcək özəlliklərdəndir. Cəmiyyətimizin gəldiyi bir qənaət var ki, insan yaşa dolduqca bu yaşlılıq onun yetkinliyinin göstəricisidir. Amma bu yanaşma heç də doğru hesab olunmur. Çünki "böyümək" heç də psixoloji yetkinliyi öz bərabərində gətirmir".

Bu tip oğlanlar anasız qərar verə bilmirlər

S.Babayeva qeyd edir ki, oğlanların özlərindən yaşca böyük qadınla evlənmək istəmələri şüuraltı olaraq oğlanın anasının göstərdiyi qayğını həmin qadında axtarması ilə bağlıdır: "Bəzən analar fəxr ilə deyirlər ki, oğlu anasından asılıdır, anasız qərar vermir. Amma bu, heç də fəxr olunası bir durum deyil. Hazırda mütəxəssislər, psixoloqlar 15 yaşlı yeniyetmə oğlanın anasından hədsiz dərəcədə asılı olmasını yaxşı hal kimi dəyərləndirmirlər. Bu, ana üçün qürur, fəxr, xoşbəxtlik sayılmamalıdır. Çünki həmin oğul 20-30 yaşa çatanda 40 yaşlı qadını sevməyə maraq göstərə bilər. Yaxud azyaşlı uşaq orta məktəbdə müəlliməsini sevməyə başlaya bilər. Bu da platonik məhəbbət hesab olunur. Çünki bizim cəmiyyətdə sosial, ictimai qınaq olduğuna görə, xanımlar özlərindən yaşca kiçik oğlanlarla sevgi yaşamaqdan qaçırlar, istəsələr də yaşamırlar bunu. Buna görə də elə həmin oğlanların özü də bundan məyus ola bilərlər. Bunu analar nəzərə almalıdır.

Son zamanlar özlərindən yaşca böyük qadınlarla evlənən oğlanların sayı az deyil və əvvəlki illərə nisbətən artır. Bu hal dediyim kimi, daha çox analarla bağlıdır. Bu tip oğlanların ürəyində ana sevgisi hədsiz olur. O sevgi nə qədər güclüdürsə, özündən böyük qadınlara da meyl o qədər artır. Bir ana oğlunu həddindən artıq özündən asılı edirsə, o, anasına düşkün olur. Həmin oğlan sevdiyi insana da bu cür bağlanmağa başlayır. Adətən də yaşı yuxarı qadınlara maraq göstərməyə başlayırlar".

Evlənəcəkləri qadının yaşlı və zəngin olmasını istəyirlər

Psixoloq məlumat verir ki, ərköyün böyüdülən, daha çox rahatlığa alışan oğlan övladlarında da bu hala çox rast gəlinir: "Valideynlərinin hesabına həyat tərzi keçirən oğlanlarda problemlər olur və tələblərdən dolayı gələcəkdə pul qazanmaqda əziyyət çəkirlər. Belə oğlanlar düşünür ki, evlənəcəyi qadının yaşlı, kifayət qədər də zəngin biri olması onlar üçün sanki ata-ana rolunu əvəz edə, maddi problemlərini həll edə bilər. Bunları ətraflı düşünüb qərar verəndə məhz belə bir xanım seçirlər".

Kişi qadından 4-5 yaş böyük olmalıdır

"Evlilikdə oğlanların qızlardan böyük olması mütləqdirmi?" sualını cavablandıran mütəxəssis deyir ki, bunu qanun kimi qəbul etmək doğru deyil: "Mütləq oğlanlar qızlardan böyük olmalıdır, qızlar kiçik olmalıdır deyə bir qanun yoxdur. Amma çox zaman bu, tövsiyə olunur. Bu da qadınlarda 35 yaşdan sonra klimaksın baş verdiyini, kişilərdən daha tez yetişdiyini, yəni bioloji yaşını nəzərə alaraq tövsiyə edilir. Qadının bioloji baxımdan kişidən tez inkişaf etdiyini nəzərə alsaq, evlilik məqamında qadının kişidən yaşca az olması daha məqsədəuyğundur. İdeal yaş fərqi isə kişinin qadından 4-5 yaş böyük olmasıdır. Amma psixoloji yaşla intellekt üst-üstə düşürsə, qadının kişidən böyük olmasında ciddi problem olmaz".

Evlilikdə 10 il sonranı belə düşünərək addım atılmalıdır

"Bəzən olur ki, özündən yaşlı qadınla ailə quran cütlüyün müəyyən problemləri ortaya çıxır. Bir-birini sevə, aşiq ola bilərlər, amma məsələ ciddiyyətə gələndə evlənəndən sonra qadın da kişidən hansısa diqqəti, qayğını, nəzakəti istəyər. Lakin oğlan daha ərköyün, kiçik olduğu üçün qayğını, sevgini yetəri qədər göstərməyə bilər. Bu da qadının üsyan etməsinə gətirib çıxarar. Evlilik çox ciddi bir dönəmdir. Bu zaman hətta 10 il sonranı belə, düşünərək addım atılmalıdır. Ən əsası isə evlilikdə yaşın və həyatın gətirdiklərinə birlikdə sinə gərə bilməkdir. Belə bir situasiyanın içində fikirləri qarışıq olan biriləri varsa, mütləq mütəxəssisə, psixoloqa müraciət edərək bir-birlərinə uyğun olub-olmamalarını, xarakterlərini psixoloji testlər vasitəsilə aydınlaşdıra bilərlər", -deyə S.Babayeva diqqətə çatdırdı.

Maraqlı     Baxılıb: 3166   Tarix: 03 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

turlar.az

sade makiyaj sekilleri sac duzumleri geyim dəbləri xinayaxdi hakista göyəm turşusu gundelik burcler bulka reseptləri kosmetika yemek reseptleri baldiz novruz qız bürcü pizza