Niyə tez-tez xəstələnirik?

Niyə tez-tez xəstələnirik?(Təsir mexanizmi: Beta qlükan bağırsağın selikaltı qatında makrofaqların spesifik reseptorları ilə birləşir, onları aktivləşdirir. Aktivləşmiş makrofaqlar limfositləri aktivləşdirir. Faqositozun aktivləşməsi sitokinlərin (interleykin, interferon) sintezinə səbəb olur. Sitokinlərin sintez olması immun sistemin digər hüceyrələri T-, B-limfositlər üçün siqnaldır. C vitamini (askorbin turşusu) - Endogen interferon sintezində iştirak edir, faqositozu stimulə edir, antitel sintezini artırır. Sink virusun yayılması prosesini dayandırır).
Niyə tez-tez xəstələnirik?Qışın özü ilə bərabər gətirdiyi qayğılardan biri də səhhətimizdə yaranan problemlərdir. Soyuq havaların gəlişi ilə insanların bəziləri daha həssas olurlar və tez xəstələnirlər, kəskin respirator virus infeksiyalarına yoluxurlar.
Hər il soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır. Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur.
İnsanların immun sistemləri arasındakı fərqlərin 60-80%-ni həyat tərzi və ətraf mühit, qalan 20-40%-ni isə genetika təşkil edir.
Uşaqlarda kəskin respirator virus infeksiyalararına yoluxma ehtimalının yüksək olmasının bir sıra səbəbləri mövcuddur:
Körpələrdə və erkən yaşlı uşaqlarda immun sistemi hələ tam formalaşmamışdır, bu da onları virus və bakteriyalara qarşı daha həssas edir; xüsusilə də ana südü ilə qidalanmayan uşaqlarda immunitetin formalaşması zəif olur.
Müasir yaşam tempi nəticəsində uşaqlar gün ərzində müxtəlif məşğələ, dərnək, kurslar, xüsusilə qapalı məlkanlarda uzun müddət vaxt keçirirlər. Bu isə gün içində fərqli məkanlarda çoxlu kontakt və infeksiya ilə rastlaşma riskidir. Həmçinin qış ayları və soyuq hava şəraiti uşaqların qapalı məkanlarda vaxt keçirməsinə təhrik edən faktorlardandır. Belə yerlərdə virusların yayılma ehtimalı daha çox olur.
Nisbətən böyük uşaqlarda düzgün qidalanmama və ağız baxımının düzgün olmaması, həddindən artıq qəbul olunan şirniyyat diş çürüməsinə, çürük dişlər isə infeksiya mənbəyi olduğundan immun sistemi zəiflədər.
Xəstəliklər zamanı lazımsız və ya yetərsiz dərman qəbulu: İnsan xəstələndiyi zaman müdafiə reaksiyası olaraq bədən temperaturu yüksəlir, belə ki, orqanizm yüksək hərarət fonunda mikrobları məhv etməyə çalışır. Bu baxımdan hərarət salıcı dərmanlar 1 yaşa qədər uşaqlarda 380C-dən,  1 yaşdan yuxarı uşaqlarda 38,50C-dən yüksək temperatur müşahidə olunan zaman istifadə edilməlidir.
Elimizin gözəl adəti var ki, uşaq doğulanda onu anası ilə bir otaqda saxlayırlar, tapşırırlar ki, üstünə heç kim getməsin. "Qırxlı uşağın üstünə getməzlər", "Zahının üstünə getməzlər" kimi adətlərimiz qoruyucu faktorlardan biridir. Tibbi-nöqteyi nəzərdən tam əsaslandırılmışdır. Təbiətin qanunu belədir ki, uşaq dünyaya gələndə onun orqanizmində olan bütün mikrob florası (ağzında, nəfəs yollarında, dəri səthində, hətta bağırsaqlarında olan bakteriya) ananınkı ilə oxşar olmalıdır, ona görə də ana və uşağı hamıdan ayırırlar. Bu halda ana südü uşağı tam qoruyur. Uşağın bədənində saprofit və digər mikrob floralarının formalaşması 40-45 günə başa çatır. Sonra uşaq kimin yanına getsə qorxusu yoxdur.
İmmun sistemi zəif olanda uşaqlar yoluxucu xəstəliklərə daha tez tutulurlar. Uşaq doğulandan iki yaşına kimi immun sistemi ananın südündən çox asılıdır. Ana südünün verilməməsi və ya  qısa müddətdə verilməsi də uşaqlarda immun sistemi zəiflədən amillərdəndir. Uşaq ana südü ilə qidalanmırsa, immun sisteminin formalaşmasının pozulması nəticəsində, uşaqları xəstəlikdən qoruyan faktorların çatışmazlığı baş verir. Obrazlı desək, infeksiyanın qapıları açıq olur, uşaqlar da xəstəliklərə yoluxurlar. Məlumdur ki, ana südündə yüksək miqdarda immun cisimciklər, IgA, IgM və s. mövcuddur. Ana südü ilə qidalanma bütün bu qoruyucuların süd vasitəsilə körpənin orqanizminə keçib onu qorumasına səbəb olur. Ana südü optimal temperaturda olduğundan tərkibində olan zülal maddələri parçalanmadan orqanizmə daxil olur, asan sorulur və həzm olunur.
Gigiyena qaydalarıan əməl edilməməsi (əllərin tez-tez və düzgün şəkildə yuyulmaması);
Genetik xəstəliklər, xroniki xəstəliklər, qeyri-düzgün həyat tərzi və s. uşaqları xəstəliklərə daha həssas edir.
Uşağın immunitetinin zəifləməsi əlamətləri:
1 ildə 5 dəfədən çox yuxarı tənəffüs sistemi xəstəlikləri ilə xəstələnmə;
1 ildə 3 dəfədən çox antibiotik zərurəti;
xəstəliklərin düzgün müalicə fonunda uzun sürməsi və ya ağırlaşması
İnsan yaşlandıqca timus vəzinin fəaliyyəti azalır, bu da orqanizmə infeksiyalarla mübarizə aparmağa kömək edən immun sisteminin T hüceyrələrinin istehsalının azalmasına səbəb olur. Bu ona gətirib çıxarır ki, qocalıqda insanlar gəncliklərinə nisbətən daha tez-tez xəstələnirlər.
Kəskin respirator virus infeksiyasının əlamətləri hərarətin yüksəlməsi, halsızlıq, əzələ, oynaq ağrıları, yuxusuzluq, öskürək, boğaz ağrısı, burun tutulması və ya burun axması da ola bilər. Əgər virus mədə-bağırsaq sistemini də zədələyirsə, bu zaman qusma, ishal, qarında ağrı kimi əlamətlər ola bilər. Adətən KRVİ başladığı vaxtdan 7-10 gün müddət ərzində keçib gedir.
İmmunoterapiyaya təlabat ən çox hansı hallarda yaranır?
Xəstəliyin gedişi tez-tez kəskinləşirsə;
Ləng (uzun zaman davam edən) gedişli xəstəliklər;
Standart terapiyanın effektsizliyi;
Antibiotikə davamlılıq.
Uşağın immunitetinin möhkəmləndirilməsi yolları:
bətnində olan müddətdə ananın düzgün qidalanması, xəstəliklərdən və radiasiyadan qorunması;
ana südü ilə normal qidalanma müddəti (minimum 1il, optimal 2il);
uşağın düzgün baxımı: qidalanma, gigiyena, yuxu və hava rejimi;
xəstəliklər zamanı düzgün müdaxilə.
İstər uşaqlarda, istərsədə böyüklərdə immun sistemə dəstək məqsədilə müxtəlif tərkibli preparatlardan istifadə edilir. Ən əsası isə hər bir konkret situasiyada preparaların düzgün seçimidir. 
MEGAGLUKAN kids və MEGAGLUKAN synbio preparatlarının immun sistemə "sehirli toxunuşu" orqanizmin mövsümü soyuqdəymə xəstəliklərinə davamlığını artıracaq, infeksiyanın bütün orqanizmə yaylmasının qarşısını alacaq, kəskin yoluxucu xəstəliklər zamanı sağalmanı sürətləndiəcək.
"İmmunitet bağırsaqda yaşayır" ifadəsini yəqin çoxlarınız eşitmisiz. Bağırsaqlarımız təkcə həzm prosesində iştirak etmir. Bağırsaqlarımız həmçinin "yaxşı mikroblar" dediyimiz mikroorqanizmlərin rezervuarıdır. MEGAGLUKAN synbio preparatının tərkibində olan "yaxşı mikroblar" - Probisis (Bacillus subtilis) hesabına sağlam bağırsaq, güclü immunitetə sahib ola bilərik.
MEGAGLUKAN kids və MEGAGLUKAN synbio preparatlarının həm də antioksidant təsirləri var - çirlənmiş ekologiya, keyfiyyətsiz qidalar, xroniki xəstəliklərin olduğu müasir dünyamızda antioksidantlara çox ehtiyac var.
Lakin istənilən halda müalicə taktikası və preparatın təyinatı həkim tərəfindən olmalıdır.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. / milli.az

Xəbərlər     Baxılıb: 1302   Tarix: 02 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

sac duzumleri gozel gorunmek geyim necə seçməli 2026 un geyimleri milli yeməklər 2026 donlari bagirsaqlari temizlemek ucun kosmetika efsaneler rus dilini öyrənək dolca atalar sozu hakışdalar