Nömrəsi başqasının adına olanlar DİQQƏT!
SİM kartların başqasına verilməsinə qadağa qoyulacaq.
Xanim.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Azərbaycan İnternet Formumun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, yeni qanun müəyyən problemlər yarada bilər: "Ailələrin əksərində uşaqların işlətdikləri nömrələr, həmçinin xeyli sayda yaşlı sakinlər var ki, onların işətdikləri nömrələr, xeyli sayda hüquqi şəxslərə aid nömrələr tamamilə başqa şəxslərin adına sənədləşdirilib.
Əgər qanun layihəsi son dövrlərin təcrübəsinə əsaslanaraq heç bir ictimai müzakirə olmadan bu fomada qəbul olacaqsa, deməli, buna uyğun da yeni cərimələr qaçılmaz olacaq.
Ümumiyyətlə, texnologiyaların indiki inkişaf mərhələsində təhlükəsizliyin təmin edilməsi məqsədilə mobil nömrələrə qarşı bu cür sərt yanaşmanın elə də effektiv olacağını düşünmürəm"
Qeyd edək ki, Milli Məclisdə "Telekommunikasiya haqqında" qanuna əlavə və dəyişikliklər təklif edilib. Belə ki, yeni dəyişikliyə görə, SİM kartların başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulacaq.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir