Novruz bayramında şəhərdə konsert olacaq
Bakının Fəvvarələr meydanında Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı Şəhəri Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən birgə təşkil olunacaq Novruz festivalında regional musiqi və xalq yaradıcılığı kollektivləri ilə yanaşı, tanınmış müğənnilər də iştirak edəcək.
Nazirlikdən Axşam.az-a bildirilib ki, eyni zamanda bayram günlərində meydanda təşkil ediləcək yarmarkaya qatılacaq xarici turistlər və yerli sakinlər ölkəmizin mətbəxini, sənətkarlıq nümunələrini yaxından tanımaq imkanı qazanacaqlar.
Qonaqların bayram əhvalını tam mənasında yaşaya bilmələri üçün meydanda fərqli formalarda əyləncəli tədbirlər təşkil olunacaq. Bu səbəbdən də nazirlik bayram günlərində sakinləri və turistləri asudə vaxtlarını Novruz festivalında keçirməyə dəvət edir.
Novruz festivalı martın 20-də 11:00-da başlanacaq və martın 25-də 23:00-da bitəcək.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO
"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi
Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB
Müğənni həbsxanaya göndərildi
25 il sonra yenidən "Mumiya"da - Foto
Bu dəfə serial ulduzu olacaq