Novruz bayramından sonra hansı xəstəliklər kəskinləşir?

Novruz bayramından sonra hansı xəstəliklər kəskinləşir?Bayram günlərində hər evdə masalarda məcməyi dolu şirniyyat, qoz-fındıq, müxtəlif çərəzlər qoyuldu
Ailənin bütün üzvləri uşaqdan tutmuş yaşlıya kimi çayla paxlava, şəkərbura, qoğal yeyəcək, tez-tez də ağzına ləbləbi atacaq. Çoxları bayramdan sonra kökələcəyinin dərdini çəkir.
Milli.Az xəbər verir ki, Novruz qidalarını yeməyə əks-göstərişi olan insanlar var ki, bayramdan sonra səhhətində ağırlaşmalar yarana bilər. Kimlərə, hansı xəstəliyi olanlara Novruz süfrəsindən uzaq durmaq tövsiyyə olunur?
Medicina.az terapevt Aqşin Salmanovdan risk qrupunda olan xəstələrin siyahısını əldə edib:
"Ümumiyyətlə, Novruz bayramı azuqəsi karbohidratlı tərkibli qidalardır, onlar həzm sistemində problemi olan insanlara, şəkərl diabet xəstələrinə, qaraciyər, öd xəstəliyi olanlara mənfi təsir edə bilir. Ciddi pəhriz qaydalarına əməl etmədən Novruzda bu kimi qidalardan bol yemək gələcəkdə xəstədə letal sonluğa gətirib çıxara bilər. Diatezi olan uşaqlarla da ehtiyatlı olmaq lazımdır.
Mədə və on iki barmaq bağırsaq xorası olanlarda ürəkbulanma, qusma, ağrı kimi hallar baş verə bilir.
Qanda şəkərin artması, hiperqlikemiya isə şəkərli diabet xəstələrinin bayramdan sonra üzləşə biləcəyi problemlərdir.
Ödündə daş olan xəstələr də ehtiyatlı olmalıdır. Novruz bayramından sonra həzm sistemində olan ağırlaşmalar və diabet xəstələrində baş verən problemlərlə bağlı həmişə həkimə müraciətlərdə kəskin artım müşahidə olunur.
Xalqımızın gözəl bayramında sağlamlığınızı da düşünmək vacibdir. Bayrama görə bu tip xəstələr şirniyyatların dadına baxa bilər, amma hər gün onları qəbul etmək olmaz".
Milli.Az

Xəbərlər     Baxılıb: 2640   Tarix: 24 mart 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

həkim məsləhəti donlar 2026 geyim seçimi elaci geyim necə seçməli seks hekayələri varikosel kosmetika balıq statuslar şəhid vicdan xocali