Nüşabə Ələsgərli: "Ərimin 46, mənim 53 yaşım var"
Əməkdar artist Nüşabə Ələsgərli "X maqazin" verilişində həyat yoldaşı Reza Toni barəsində sosial şəbəkədə yazılan tənqidlərdən danışıb:
"Deyirlər ki, ərin oğlun yaşındadır. Lap desinlər ki, nəvəsi, nəticəsi, kötücəsi yaşındadır. Dostlar sevinsin, düşmənlər də partlasın. Neyləyim indi, ayrılım? Kimsə nəsə yazacaq deyə ayrılım kişidən? 14 ildir bir yerdəyik. Onun 46, mənim 53 yaşım var. İndi hansı dövrdür ki, yazırlar ki, "mən nənəyəm, o, nəvəmdir". Sizə nə? Sizi narahat edən nədir?
Belə şeyləri vecimə almıram. Adamın saqqalı, saçı ağarıb deyirlər ki, nəvən yaşındadır. Bunu yazanlar içinin neqativini yazır. Özləri də bilir ki, düz yazmırlar. Münasibətlərimizi bilirlər. Yanlış yazmırlar, guya xətrimə dəymək istəyirlər".
Qeyd edək ki, cütlük 2006-cı ildən birlikdədir. (Axşam.az)










İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür