O çayların tərkibində narkotik effektlər yaradan qatqılar var – DİETOLOQDAN XƏBƏRDARLIQ

O çayların tərkibində narkotik effektlər yaradan qatqılar var – DİETOLOQDAN XƏBƏRDARLIQHazırda dünyada yayılmış ən böyük problemlərdən biri artıq çəkidir. Hətta artıq çəkidən əziyyət çəkməyənlər belə, hər an bu problemlə qarşılaşma qorxusu ilə yaşayırlar.
Bu gün bütün dünyada insanlar arıqlamaq üçün ən müxtəlif üsullardan istifadə edirlər. Bəziləri idmana, pəhrizlərə üz tutur. Bəziləri arıqlamaq üçün təhlükəli olan hansısa plastik əməliyyatlara girir. Bir çox insanlar isə satışda olan arıqlama çaylarından, həblərindən istifadə edir. Onlar bildirirlər ki, bu vasitələrdən istifadə etməklə daha asan arıqlayırlar və heç bir əziyyət çəkmirlər. Bəs görəsən adıçəkilən həmin vasitələrlə arıqlamaq sağlamlığa zərər verə bilərmi?
Məsələ ilə bağlı Ailem.az-a açıqlama verən dietoloq Leyla Zülfüqarlı deyir ki, arıqlama çayları, kokteyllər və bu kimi içkilərin istifadəsi tamamilə səhvdir: "Onların arıqlatması sadəcə iştah kəsmələri ilə bağlıdır. Həmin məhsulları təqdim edən şirkət nümayəndələri də vurğulayır ki, bu çayların yalnız bir xüsusiyyəti var, iştahı kəsmək. Bu isə orqanizmə çox ziyandır. Çünki insanın normal şəkildə iştahı olmalıdır, qidalanmalıdır. Xüsusilə də faydalı qidalar qəbul etməlidir ki, orqanizm də faydalı maddələr alsın. Bu vasitələrdən istifadə edəndə isə iştah kəsilir, insan yemir və yemədən arıqlayır. Bu isə çox ciddi problemdir. Çünki insan yeməsə, bədən lazımi maddələr almayacaq və ümumiyyətlə sağlamlığı, xəstəliklər qarşısında müqaviməti olmayacaq və sair. Həmin çayların içilməsindəki birinci böyük səhv budur".
L. Zülfüqarlı bildirir ki, bu çaylardan istifadə insanlarda asılılıq yaradır: "Həmin çayların tərkibində narkotik effektlər yaradan bəzi qatqılar var ki, onlardan istifadə zamanı asılılıq yaradır. İnsanlar o cür çayların asılısına çevrilirlər. Həmin çaydan istifadə etmədikdə nəcis ifrazatı, bağırsağın boşalması kimi proseslər həyata keçə bilmir. Yəni bu proseslər çay içdikdə olur, içmədikdə yox. Bunlar isə bağırsaqların tənbəlləşməsi nəticəsində meydana çıxır. İnsan davamlı olaraq bu kimi vasitələrdən asılı qalır. İnsanların bu çaylardan mütəmadi istifadəsi yalnız həmin şirkətlər üçün ticari maraqlara fayda verir. Sağlamlıq baxımından isə heç bir xeyri yoxdur, əksinə, zərərlidir. Arıqlamaq üçün sağlam qidalanmaq önəmlidir. Qidalanma vacib maddələri orqanizmimizə qəbul etmək üçün əhəmiyyətlidir ki, heç bir dərmandan, bu kimi vasitələrdən asılı vəziyyətə düşməyək. Odur ki, yalnız sağlam qidalanaraq arıqlamaq lazımdır, bu cür yanlış üsullarla yox".

Sağlamlıq     Baxılıb: 1876   Tarix: 16 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

turlar.az

geyim dəbləri sade makiyaj sekilleri kosmetoloq milli geyimlər hakıştalar hakişta 2026 un geyimleri kosmetika vətən haqqında bayatılar porno rəksanə ağır itki vusale elizade