"O həblər ölümə səbəb olur" – XƏBƏRDARLIQ

"O həblər ölümə səbəb olur" – XƏBƏRDARLIQ"Xüsusi arıqlama gellərinin və qidaların tərkibində sağlamlığa ciddi şəkildə ziyan vuran maddələr var. Onlar sadə dillə desək, qaş düzəltmək yerinə, göz də çıxarırlar. Artıq çəkidən azad olmaq istəyən insanların böyük əksəriyyəti bunlardan istifadə edib əks təsirlərini və fəsadlarını görüblər".
Xanim.az lent.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında tanınmış dietoloq Leyla Zülfüqarlı deyib. Arıqlamaq üçün müxtəlif çaylar, kokteyllər, həblərdən istifadədən danışan mütəxəssis insanların arıqlamaq əvəzinə xəstəliklərə düçar olduğunu bildirir.

L.Zülfüqarlı yalnız yeməyi azaltmaqla arıqlamağın mümkün olduğunu vurğulayır: "Elə pasientlərim var ki, arıqlamaq adı ilə başqa vasitələrə müraciət ediblər. Arıqlamaq özfəaliyyət olmalı deyil. Bu, insan fiziologiyasıdır, ciddi müalicə tələb edir. Bir insanı arıqladarkən biz onu, orqanizmini müalicə edirik. Bədəndə o qədər hormonlar var ki. Onların hər biri əslində müalicə olunur. Amma gel, çay, kofe və s. kimi guya arıqladan vasitələr arıqlatmaq əvəzinə insanlarda xəstəliklər əmələ gətirir. Məsələn, onların tərkibində xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olan maddələr var. Zaman-zaman arıqladan həblərdən istifadə hətta ölümlə nəticələnib. Biz bu barədə çox danışırıq. Lakin insanlar arıqlamaq istərkən başqa şeylərdən əziyyət çəkirlər".

Dietoloq deyir ki, arıqlama tərkibli gellərin tərkibi açıqlanmır. Lakin arıqladan həblərin tərkibindəki maddələr iştahanı kəsir və insan yemək istəmir. İştahanın kəsilməsi isə artıq ciddi problemin olduğunu etiraf etməkdir: "İnsanın normal fiziologiyasında iştaha, yemək istəyi olmalıdır. Tanrı bizi belə yaradıb. İnsanın iştahası olmalıdır ki, yemək yesin. İşhatadan kəsiləndə insan orqanizmində olan insulin hormonu çoxalır. Bir adam nə zamana qədər yemək yeməyə bilər? Hormonların çökən vaxtı olacaq. İnsanın bədənində yağ parçalanmalıdır ki, arıqlasın. Qida ilə kökəliriksə, demək, qida ilə arıqlamalıyıq. Bədəndəki yağları biz yalnız qidalarla parçalaya bilərik. Düzgün qidaların bir-birilə əlaqəsi nəticəsində artıq çəkidən azad olmaq mümkündür. Bu cür arıqladan qidaları axtarmayın. Arıqlamaq düzgün qidalanmaqla başlayır".

Sirr deyil ki, son zamanlar dietoloqlar arıqlama proqramına müxtəlif kokteyllər də daxil edirlər. Mütəxəssis iddia edir ki, arıqlamaq üçün kokteylləri yalnız qeyri-peşəkarlar məsləhət görür: "Qidalanma nəzəriyyəsini bilməyən insanlar bu istiqamətdə arıqlatmağa üstünlük verirlər. Arıqlada bilməyən dietoloqlar kokteyllərdən yapışırlar. Demək o insanlar dieotloq deyil ki, kokteyllərlə işləyir. Hər kəs özfəaliyyət şəkildə bu kokteyllərdən alıb içir. Reklam edirlər ki, arıqlayacaqsınız, insanlar da alıb içir. Arıqladan kokteyl, dərman, çay, həb və s. belə şeylər yoxdur. Arıqlamaq qidaların bir-biri ilə əlaqəsindən başlayır. Kokteyllər sadəcə biznes maraqlarıdır. İnsanlar bununla pul qazanırlar. Ona görə də siz aldanmayın".

Kokteyllərin protein tozlarından hazırlandığını xatırladan dietoloq bu kimi vasitələrin süni qidalar qrupuna aid olduğunu deyir. Süni qidalarsa orqanizm üçün zərərlidir: "Orqanizm üçün lazım olan qidalar zülal tərkibli qidalardır. Bu da təbii zülal deyil, sadəcə tozlarıdır, ora müəyyən qatqılar edirlər. Hər bir qidanın qida təhlükəsizliyi var, yəni saxlanma müddəti. 1-2 sutka qida qalırsa, deməli, o, konservantdır. Biz orqanizmimizi konservantla yükləməməliyik. Kokteyllər isə süni qidalardır".

Sağlamlıq     Baxılıb: 1630   Tarix: 30 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

turlar.az

qis geyimləri 2026 kosmetoloq geyim necə seçməli hakista xina yaxdi sengulum nagili ədəbiyyat testləri qadin saytlari kosmetika saglam qidalanma novruz bayramina aid hakisdalar qz eviyçun hakışta kley lekesi tapmaca