"O var-dövlət, o da İlhamənin oğlu Orxan... " - Əli Mirəliyev geri çəkildi
İlhamə Quliyevanın ölümündən sonra hamı üstümə tökülüb. Elə bil onu mən öldürmüşəm. Tanıyan da, tanımayan da məndən İlhamənin sərvətini, maşınını soruşur. Bir daha deyirəm mənə onun pulu, maşını, evi heç nəyi lazım deyil.
Bunu açıqlamasında fevralın 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın qohumu, müğənni Əli Mirəliyev deyib.
Sənətçi bundan sonra İlhamə Quliyeva ilə bağlı mətbuata açıqlama verməyəcəyini bildirib: "Artıq bu söhbətlərdən bezmişəm. Yazırlar ki, Əli Mirəliyev İlhamənin sərvətini ələ keçirmək istəyir. Allah hamının özünə versin, onun sərvəti mənim nəyimə lazımdır. Cana yığılmışam. Kim nə deyir, desin. O var-dövlət, o da İlhamənin oğlu Orxan, nə istəyir eləsin. Mən daha onların işinə qarışmayacağam", -deyə Ə.Mirəliyev vurğulayıb.
Qeyd edək ki, ölümündən sonra da İlhamə Quliyeva ətrafında xoşagəlməz söz-söhbətlər səngimək bilmir. Xalq artistinin mirası uğrunda oğlu Orxan Nadirovla qohumu Əli Mirəliyev arasında günlərdir qalmaqal yaşanır. Əli Mirəliyev İlhamə Quliyevanın mirasının oğluna qalmayacağını deməklə qarşı tərəfinə hiddətinə tuş gəlib./azvision.az/
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
20 yaş cavanlaşmağın qiyməti bilindi - Ebru sərvət ödədi
Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil
Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar