Öd kisəsində polip: əməliyyat mütləqdir?

Öd kisəsində polip: əməliyyat mütləqdir?Öd kisəsinin funksiyası qaraciyər tərəfindən ifraz olunan ödü saxlamaqdır. Həzm zamanı öd kisəsi yığılaraq içərisindəki ödü on iki barmaq bağırsağa boşaldır.
Öd kisəsi polipləri 40 yaşdan yuxarı kişilərdə və qadınlarda daha sıx görünür. Uşaqlarda çox nadir hallarda rast gəlinir. Uşaqlarda öd kisədə polip aşkarlanarsa, daha geniş müayinə lazım ola bilər. Son illərdə USM-in geniş istifadəsi öd kisədə olan polipləri tez bir zamanda aşkarlamağa imkan verir.
Xəstələrin çoxu öd kisəsindəki poliplərdən yalnız təsadüfi müayinə zamanı xəbər tutur. Bəzi öd kisə polipləri çox zaman heç bir əlamətlə özünü büruzə vermir və uzun illər "səssiz" qalır. Çox nadir hallarda ürəkbulanma, qusma, sağ qabırğaaltında ağrı, sağ kürəkaltına vuran ağrı ilə özünü göstərə bilər. Ümumi populyasiyada öd kisə poliplərinə 0.3-12% arasında rast gəlinir.
Öd kisə polipləri çox zaman xərçəng riski olmayan xolesterol poliplər (~ 60%), adenomiomlar (25%) və iltihabi (10%) poliplərdir. Öd kisə polipləri xoşxassəli olmasına baxmayaraq, çox nadir hallarda olsa da bəzilərində xərçəngə (öd kisəsi karsinoması) çevrilmə riski vardır. Bu poliplər adenomlardır.
Adenomlar ümumi öd kisə poliplərinin cəmi 4-5%-ni təşkil edir. Amma bu qrupdan olan poliplərin 12% xərçəngə çevrilmə riski olduğu üçün ciddi nəzarətdə saxlanılmalıdır. Bir sözlə, bütün öd kisə poliplərinin 1% xərçəngə çevrilmə riski vardır. Hər öd kisəsində polip olan insanı əməliyyat etsək, onda 99 %-i tam mənasız yerə əməliyyat olunmuş sayılacaq . Öd kisə poliplərinin diaqnostika və müşahidəsində USM müayinəsinin böyük rolu var. Öd kisədə daş yoxdursa, polipin USM vasitəsilə aşkarlanması 99% mümkündür.
Bəs öd kisəsində polip və ya poliplər varsa, nə etməli?
Ən önəmli olan parametr USM-də görülən polipin ölçüsüdür.
- Öd kisəsində olan poliplərin 90%-i 1 sm-dən kiçikdir.
- Ölçüsü 5 mm ilə 1 sm arasında olan "səssiz" poliplər müəyyən edildikdən sonra ilk müayinə 3 ay sonra, digər müayinələr 6 ayda bir olunmalıdır. 3-cü kontrol müayinədən sonra polipin ölçüsü və sayında dəyişiklik olmazsa, ildə 1 dəfə müayinəyə davam olunmalıdır.
- Ölçüsü 5 mm-dən kiçik olan poliplər ilk dəfə 6 aydan sonra yoxlanmalıdır. 6 ay sonra böyümə görülməzsə, bu yoxlanma ildə bir təkrarlanmalıdır. Böyümə və ya sayında artma görülərsə, əməliyyat, yoxsa müşahidə qərarını həkim verəcək.
- 10-20 mm ölçüdə olan poliplər şübhəli poliplər hesab olunur. Xəstədən geniş anamnez toplandıqdan sonra əməliyyat məsləhət görülə bilər.
- 20 mm-dən böyük olan öd kisəsi poliplərinin xərçəng riski çox yüksək olduğundan qısa müddətdə əməliyyat olunmaları məsləhətdir. Əlbəttə, xəstənin yaşı, ailə anamnezi və yanaşı risk faktorları da (simptom verirsə, ölçüsü böyükdürsə, geniş dabanlı, 3 və daha artıq polip, 50 yaşdan yuxarı, öd kisəsi daşı, kəskin xolesistit və pankreatitə səbəb olursa) nəzərə almaq lazımdır. Öd kisə polipləri bəzən öd kisəsi daşları ilə birgə rast gəlinir. Bu zaman polipin ölçüsündən asılı olmayaraq, həkim məsləhəti ilə əməliyyata göstəriş ola bilər.
Mətanət Cəfərova, terapevt-qastroenteroloq
Ailem.az

Xəbərlər     Baxılıb: 1923   Tarix: 09 noyabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

kosmetika mehsullari geyim və ayaqqabılar geyim necə seçməli qadinlarda soyuqdeyme bizim mətbəx qadın kostyumları gözəl xanım kosmetika mikayıl abdullayev efsaneler haxışda badambura qurd ve quzu