Öd kisəsinin sağlamlığı üçün FAYDALI RESEPT
Öd kisəsi xəstəlikləri və xüsusilə də öd daşı xəstəliyi ən yayılmış xəstəliklərdən biridir. Öd kisəsinin sağlamlığını qorumaq üçün ilk növbədə burada durğunluq proseslərinin qarşısını almaq lazımdır.
Bunun üçün insan gün ərzində 4-5 dəfə az miqdarda qida qəbul etməlidir. Qida qəbulları arasında uzun fasilələr öd kisəsində durğunluğa və iltihaba səbəb olur. Bu isə öd kisəsinin fəaliyyətinin pozulmasına, öd daşlarının əmələ gəlməsinə gətirib çıxardır.
Saglamolun.az bildirir ki, düzgün qidalanmadan əlavə bəzi xalq təbabəti vasitələri öd kisəsində durğunluq proseslərinin qarşısını almağa yaxşı kömək edir.
Tanınmış rusiyalı naturopatı Evgeniy Kurixinin öd kisəsi üçün çox faydalı dəmləmənin reseptini təqdim edirik:
- 2 x.q. itburnu (dəmləndikdən əvvəl əzin), 1 ç.q. quru nanə, 1 çimdik sarıkök termosda isti suda 1 saat ərzində dəmlənilir, bir neçə dəfə yaxşı süzülür və sonra gün ərzində adi çay kimi içilir. Dadını yaxşılaşdırmaq üçün dəmləməyə bal əlavə etmək olar. Dəmləməni qida qəbulundan əvvəl içmək lazımdır.
Müalicə kursu - 1 həftə.
Nəzərə almaq lazımdır ki, öd daşı xəstəliyi zamanı bu dəmləmədən istifadə etmək olmaz.
Milli.Az /news.milli.az









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Yeməyi bir dəfədən çox qızdırmağın sağlamlıq üçün TƏHLÜKƏSİ
Hər gün daha çox darıxıram' - Oqtay Əliyevi andı
Çak Norris vəfat etdi
Hər gün darçınlı su içsəniz
Qoz, badam və püstə qarşı-qarşıya: Budur ən faydalı çərəz
Dərmansız iki həftəyə yuxunu yaxşılaşdırmaq mümkün olacaq
Dilarə Kazımova ölkə üzrə top 10-a daxil oldu
Abbas Bağırov buna görə Gəncəyə köçüb
Hollivud ulduzu təhlükəli ərazidən çıxarıldı - Fotolar
Çox təhlükəli VİRUS: Yeni karantin qapıda