Öd yollarının diskneziyası

Öd yollarının diskneziyasıÖd axacağı yolların diskineziyası ümumi öd axacağı və öd kisəsinin tonus və yığılma qabiliyyətinin dəyişməsi nəticəsində baş verən xəstəlikdir.Bu dəyişmənin əlaməti ödün onikibarmaq bağırsağa axmasının pozğunluğu ilə təzahür edir.Diskneziya ilə başlıca olaraq qadınlar xəstələnirlər.Bəzən bu xəstəliyin mensturasiya dövrü ilə və yaxud klimakterik dövrlə əlaqəsi olur.Çox vaxt cavan , arıq xəstələrdə rast gəlinir.Etiologiyasına görə birincili və ikincili olur.Öd yollarının xəstəliklərinin pozğunluqlarının xarakterinə görə aşağıdak formaları var:
-Öd kisəsi və ya kisə axacağının hipertrofiyası
-Sfinkterin spazmı
-Hipotonik,hipokinetik forma
-Öd kisısinin hipotoniyası
-Sfinkterin catmazlığı
FİZİOLOGİYASI:
Qara ciyərdə fasiləsiz öd əmələ gəlir ki , bu da öd kisəsinə toplanır.Toplanmış öd həzm zamanı onikibarmaq bağırsağa tökülür. Ödün xaric olmasına öd kisəsinin yığılması və eyni vaxtda öd sfinkterinin boşalması kömək edir.Kisə boşalanda sfinkter bağlanır və ödün xaric olması kəsilir.
Öd kisəsinin axarlarında patologiyalar olduqda isə bu proses normal getmir .Bu xəstəlik öd axarlarının diskineziyası adlanır .
PATOGENEZİ:
Xəstəliyin əmələ gəlməsində öd çıxarıcı yolların hərəkətini tənzimləyən neyrohumoral pozğunluqlar əsas səbəb sayılır.Bundan başqa aşağıda adı çəkilən xəstəliklərin də öd kisəsinin diskneziyasının əmələ gəlməsində rolu olduğu danılmır:
-Nevrozlar,diensefal pozğunluqlar
-Qalxanvari vəzin, böyrəküstü vəzin,yumurtalıqların hormonal çatışmazlıqları,
-Mədə, onikibarmaq bağırsaq və nazik bağırsağın düz və dolayı yolla təsiri
-Qarın boşluğu və kiçik çanaq orqanlarının xroniki xəstəliklərinin reflekslərlə ötürülməsi
-Hepatitlər və xolangitlər
-Pəhriz və qida ritminin pozğunluğu
DİAQNOZU:
Xəstəliyin diaqnozunda USM. KT -nın nəticələri əsas götürülür .Qanın , sidiyin müayinəsi də vacibdir.
MÜALİCƏSİ:
Müalicəsində pəhrizə diqqət yetirilməlidir.Qidalanma az -az gündə 4-5 dəfədir.Kəskin,yağlı, duzlu yeməklərdən, xəmir məmulatlarından,qazlı içkilərdə uzaq durmaq məsləhət görülür.
Xəstələrə spazmolitiklər, ağrıkəsicilər və s. təyin olunur,bitki dəmləmələrindən istifadə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1673   Tarix: 18 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

geyim şəkilləri gelinlikler maskalar qis geyimleri salatlarin dizayni aysel elizade sevgilisi qadin dunyasi az kosmetika baldiza aid sac modelleri dieta hakışta sekis