Öddaşı xəstəliyinin kliniki şəkli

Öddaşı xəstəliyinin kliniki şəkliÖddaşı xəstəliyində orqanizmdə fiziki-kimyəvi dəyişikliklər və xəstəliyin kliniki təzahürləri nəzərə çarpmır. Öd kisəsində olan daşlar çox vaxt digər xəstəliklərə qarşı yoxlamalar zamanı aşkarlanır. Bəzən isə öd kisəsində olan kiçik bir daş belə gərginlik yaradır və öz əlamətlərinin göstərir. Buna görə də öddaşı xəstəliyinin simptomları aşağıdakılardan asılı olur:
- daşların sayından
- daşların ölçüsündən
- daşların yerləşməsindən
- iltihabi prosesin aktivliyindən
- öd çıxarışı sistemin funksional vəziyyətindən.
Öd kisəsinin cismi və dibində yerləşən daşlar kisənin boynuna və kisə axacağına düşməyənə və iltihablaşmayana qədər klinik olaraq özülərini biruzə vermir. Daş öd axarına düşdükdə sancı tutmaları verir, iltihablaşdıqda isə xolesistit əlamətləri meydana çıxır.
Öddaşı xəstəliyi öz əlamətlərini yağlı, kəskin, ədviyyatlı, hisə verilmiş qidanın qəbulu, fiziki və emosional gərginlikdən sonra, infeksiya olduqda, əyilmiş vəziyyətdə durduqda biruzə verir. Bu zaman ağrı sağ qabırğaaltında əmələ gəlir, sağ kürək və kürəkaltı nahiyyəyə irradiasiya edir. Bəzən ağrılar atipik əlamətlərlə ortaya çıxır. Belə ki, bəzən xəstələrin bel və ürək nahiyyələrində ağrılar meydana çıxa bilir. Ağrı epiqastral nahiyyədə olduğu zaman meteorizm və dəyişkən nəcis ifrazı ola bilir. Öddaşı xəstəliyinin sancısı bəzən temperaturla müşahidə edilir. Bu adətən iltihab və intoksikasiya olduqda baş verir.
Öddaşı xəstəliyi zamanı obyektiv müayinədə qarının köpməsi, qarının ön divarının gərginləşməsi, öd kisəsi nahiyyəsinin ağrılı olması müşahidə edilir.
Diaqnozun qoyulmasında rentgenoqrafiyanın, USM-in nəticələri əsas götürülür.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1203   Tarix: 20 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

kosmetoloq geyim dəbləri qadın geyimi neyrosirkulyator distoniya geyimlər testosteron nədir goz altı qırışlar kosmetika şirin qoğal heyati haxisdalar vətənə aid bayatı toyuq salati