Ofis işi insanı necə "öldürür"? - DİQQƏT!

Ofis işi insanı necə "öldürür"? - DİQQƏT!Ofisdə oturaq iş çox gənclərin arzusudur. Əlin-ayağın təmiz, səliqəli otaqda oturub kompüter arxasında işini görürsən. Prestijli peşələrin çoxu da ofis işidir. Amma tibbi, sağlamlıq və ömür baxımından bu gün müasir insanı erkən yaşda xəstələndirən və illər əvvəl 70 yaşında rast gəlinən problemləri 40 yaşında qazandıran ofisdə iş ən təhlükəli hesab olunur.
Milli.Az bildirir ki, medicina.az ofisdə 5-7 il işlədikdən sonra insanın zamanla necə məhv olmasının səbəblərini araşdırıb. Bu xəstəliklər də daha çox oturaq ofis işində çalışanlarda rast gəlinir.
1 il sonra - miqren, boyunda ağrı, əsəb, təşviş
Ofis işi, rejimi insanı ilk 6 ayda sınağa çəkir. Hər şey ideal görünür. Lakin cəmi 1 il sonra işçidə xandra, apatiya, sönüklük, boyun, bel, çanaqda ağrıs, baş ağrısı, daha çox miqren kimi xoşagəlməz simptomlar yavaş-yavaş baş qaldırmağa başlayır.
Tibbdə buna ofis sindromu deyilir.
Britaniyada aparılmış araşdırma göstərib ki, ingilislərin 20% -i stress vəziyyətinin səbəbkarı kimi iş və ofisi göstərib, gənc 20-25 yaşlı əməkdaşlardan 7%- i isə bir neçə dəfə intihar barədə düşünüb.
-Artıq çəki, piylənmə, pis bədən
Ofisə arıq, nərmə-nazik gələn gənc işçilər belə 1 il sonra çəkidə artdıqlarını, arıqlaya bilmədiklərini, bel, ayaq, çanaq və çiyinlərə artıq piy yığıldığını və bədən ölçülərinin dəyişdiyini etiraf edib.
Amerikalı alimlərin 3000 ağ köynəkli arasında apardığı sorğu göstərib ki, 41%-də çəkidə 3-5 kq artım olub.
Ofis işçilərinin biznes lançı, ofisdə ayaqüstü yeməyi, gün ərzində çay, qəhvə, şirniyyat qəbulu, keyfiyyətli qidanı imkan olsa yalnız evdə dadmaları onları qısa müddətdə piylənmə ilə, bundan sonra da şəkərli diabetlə üz-üz qoyur. Dünyada ən çox peçenye, konfet,şokolad yeyənlər də uşaqlardan sonra ofis işçiləridir.
-Görmənin zəfiləməsi
Ən itigözlü gənci ofisdə, kompüter və yazılı hesabatlar arasında 2 il işlətdikdən sonra onun görməsi zəifləyəcək. 80% hallarda ofislərdə işıq bucağı, monitorun vəziyyəti, ekranın işığı, otaqda quru hava işçinin göz yaşının qurumasına səbəb olur. Bu işçilərdə quru göz sindromu yaranır. Bir az cəld tərpənənlər, uldə 1 dəfə oftalmoloqdan keçib, yanlarında süni göz yaşı damcısı gəzidirib, gündə 5 dəfə gözlərini nəmləndirirlər.
Əgər normada, açıq havada insan dəqiqədə 20 dəfə göz qırpırsa, komputer qarşısında bu 5 dəfəyə enir.
-Onurğa xəstəlikləri: ostexondrozdan tutmuş yırtığa kimi
Ofis işçilərinin ən çox şikayət etdiyi boyun, bel, oturaq sinir xəstəlikləridir.
Bu da günün yarısını oturmaq, başı bir vəziyyətdə saxlamaqdan, beli əymək, fəqərələrin sıxılaraq uzun illər qalmasından qaynaqlanır. Bu insanlarda ostexondroz, fəqərə sıxılması, kifoz, skolioz, onurğada əyrilik, duzlaşma, boyun miqreni, yırtıqlar çox aşkarlanır. Xüsusən bu vəziyyətdən baş beyin əziyyət çəkir. Nəticədə qan dövranı pozulur, iş qabiliyyəti düşür, yaddaş pozulur.
Çıxış yolu ofisdə işə başlayan ildən üzgüçülük, fitnes, gimnastika, yoqaya getmək, işdə normal kreslo seçmək, düzgün oturmaq və elə ofisdəcə hər 2 saatdan bir qalxıb müəyyən hərəkətlər etmək lazımdır.
- 5-7 il sonra: tromboz, ateroskleroz, babasil
Nəhayət ki, qidalanma, maye qəbulu, yuxu rejimi, oturaq iş 5 ildən sonra digər daha dərin problemləri qabardır. İşçidə xolesterin və lipib mübadiləsi pozulur. Damarlar tutulur, aşağı ətraflarda tromboz yaranır. Xolesterin artır. Bu da insult, infakrt, ürək tutmasını artırır.
Düz bağırsağın varikoz damar genişlənməsi isə babasilə gətirib çıxarır. Yəni oturaq işdə çalışanlarda demək olar, bütün damar sistemi çökür. Mazlar, dərmanlar, şamlar, yağlar-babasili sağaltmayacaq. Yeganə yol fiziki aktivlik, gəzmək, qrafiki dəyişməkdir.
-10 il sonra: impotensiya, diabet
Əməkdar ofis işçiləri qastrit, diabet, kişilər isə cinsi zəiflikdən əziyyət çəkir. Bu labüddür.
Qadınlarda aşağı çanaq orqanlarında qan durğunluğu, venoz damarların genişlənməsi hamiləliyə, dölü daşımağa mane olur. Çox gənc qadınlar sonsuzluqla üzləşir.
Siz bu problemləri həll etmək üçün müxtəlif reklam olunmuş vasitələr, dərmanlar, yaxşı həkim müalicələrini sınaya bilərsiz. Amma vaxtınız və pulunuza heyfiniz gəlsin.
Çünki nə qədər ki, günün 10 saatını ofisdə oturub, gərgin işləyib, axşam da ayaqlarınızı süyürüb evə çatıb yatırsızsa, bu problemlərdən həmişəlik qurtulmanız mümkün deyil.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1902   Tarix: 23 yanvar 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

gözəllik məhsulları kosmetoloq geyim seçimi viruslar sirin gilas hicab geyimleri feyxoanin faydalari kosmetika aydin sani azerb clpaq qadinlari rəksanə novruza aid hakista gunay