"Oğlum qanıyla məktub yazmışdı" - Dilini kəsən məhkumun atası danışdı

"13 saylı Cəzaçəkmə Müəssisəsisinin rəis müavini Elçin Əlicanov oğlum Natiqə elə işgəncələr verib ki, buna etiraz olaraq, o canına qəsd edib. Dilini kəsib, özünü ətrafdakılarla ünsiyyətdən təcrid edib. Bütün bunlar baş verəndən 2-3 ay əvvələdək isə oğlum Natiq Cabbarlının heç kimdən şikayəti və narazılığı yox idi. Yerindən də, rəhbərliyin ona münasibətindən də razıydı, çox rahat və yaxşıydı. Lakin 2-3 ay bundan əvvəl 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəsi Elçin Əlicanov işdən çıxarılıb 13 saylı Cəzaçəkmə Müəssisəsinə rəis müavini göndərilənədək. Bundan sonra oğlum Natiqin qara günləri başlayıb".
Bu haqda 13 saylı Cəzaçəkmə Müəssisəsində çəza çəkən məhkum Natiq Vaqif oğlunun atası, İmişli rayon sakini Vaqif Cabbarov məlumat verib.

V.Cabbarov bildirib ki, oğlu Natiq Cabbarlı 13 saylı Cəzaçəkmə Müəssisəsində 2 ildir ki, cəza çəkir. Onun sözlərinə görə, Qazaxstan Respublikasında cəzasının 5 ilini çəkdikdən sonra N.Cabbarlı 2015-ci ildə Azərbaycana ekstradasiya edilib:

"Natiq Qazaxstandan Azərbaycana gətirildikdən sonra əvvəlcə 11 saylı Cəzaçəkmə Müəssisəsinə düşdü. Orada 3-4 ay saxlandıqdan sonra məhkəmə qərarıyla rejimi dəyişdirildi. Ciddi rejimdən gücləndirilmiş rejimə keçirildi. Məhkəmənin qərarı ilə 13 saylı Cəzaçəkmə Müəssisəsinə göndərildi. Həmin müssisəyə köçürüləndən 2016-cı ilin son iki ayınadək Natiqin müəssisənin əməkdaşları və məhkum yoldaşlarıyla heç bir problem olmayıb. Yeri çox rahat və yaxşıydı, hamıdan razı olub. Lakin 2-3 ay bundan əvvəl 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəsi Elçin Əlicanov işdən çıxarılıb, 13 saylı Cəzaçəkmə Müəssisəsinə rəis müavini göndərilənədək. E.Əlicanov müəssisəyə özüylə birlikdə bir dəstə sadiq işçilərini gətirib. Bu adamlar həbsxanada məhkumlardan pul yığırlar. Müəssisədə Cavid Əliyev adlı şəxs rəis müavinin şilləvuranıdır. İçəridə rəis müavinin amansız işgəncə verən dəstəsi var. Həmin şəxslər Cavid Əliyev, Azər Ağayev, Ramin İdilovdur. Bu 4 nəfər Elçin Əlicanovun göstərişiylə məhkumları işgəncə mruz qoyurlar. O cümlədən də oğlum Natiqə olmazın işgəncələrini veriblər. Onlar elə işgəncələr veriblər ki, polad kimi əyilməz insan bu gün özünə əl qaldırır, yaşamağa ümidi yoxdur, həyatına qəsd edir. Deməli, Natiq bu həddə çatdırılıb. Verilən işgəncələrə dözə bilməyəndə isə etiraz əlaməti olaraq dilini kəsib".

V.Cabbarov qeyd edib ki, rəis müavini və adamlarıyla Natiqin arasında yaranan problemin səbəbi Natiqdən tələb edilən pulu onlara vermək istəməməsidir:

"İmkanımız yoxdur. Bir də ki, axı nəyə görə məhkum rəis müavininə hesab verməlidir? Məhkumlar deyir ki, müəssisədə hələ indiyədək bir nəfər də deməyib ki, 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi bizdən bircə qəpik istəyib. Elçin Əlicanov isə buraya rəis müavini gələndən məhkumların günü qaradır. Axı məhkum pulu haradan alsın Əlicanova versin? Oğlum açıqca demişdi ki, sizə veriləcək pulum yoxdur. Pul verməkdən imtina etdiyinə görə, E.Əlicanov Natiqi möhkəm döydürmüşdü.

Bu il noyabrın 14-də bizə xəbəri gəldi ki, Natiqin vəziyyəti ağırdır, onu Müalicə Müəssisəsinə köçürüblər, yanına getdik. Gördük ki, ölümcül vəziyyətdədir. Digər oğlum qardaşıyla görüş istədi, vermədilər. Dedilər ki, vəziyyəti çox pisdir. Demə, Natiqi 8 saat karsda başıaşağı asıblar. 5 gün əynini soyundurub karsda lut saxlayıblar. Havalar da soyuq. O vaxt barmaqlarını kəsib qanıyla məktub yazmışdı. Pul vermədiyinə görə, onu döyüb, işgəncə verib, təhqir etdikdən sonra müəssisəyə qaytardılar. Onun öz əliylə yazdıqlarını konvertə qoyub İmişli rayon poçtundan xəbərnaməli məktubla ədliyyə naziri Fikrət Məmmədova, Prezident Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Baş prokuro Zakir Qaralova, Qaradağ rayon prokuroruna göndərdim. Əlimdə də göndərdiyim məktubların göndəriş qaiməsi var. Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin "Qaynar Xətti"nə zəng edib, oğluma verilən işgəncə faktını diqqətlərinə çatdırdım. Bildirdim ki, oğlum ölür. Ölümqabağı diqqətinizə 13 saylı Cəzaçəkmə Müəssisəsində baş verən işgəncə faktlarını çatdırıram. Baxan olmadı.

Elçin Əlicanovun işgəncələri isə davam etdi. Son 10 günün içində Əlicanovun işgəncələrinə dözməyən Natiq böyrünə şiş söxub və dilini kəsib. Rəis müavini deyir ki, mənə işləməlisən. Deyir ki, ya səni öldürəcəm, ya da dediyimi edəcəksən. Əlicanov deyir ki, 2 saylı Cəzaçəkmə Müəssisəsində 10 nəfəri oldürmüşəm. Sən də olacaqsan 11-ci. Mənə bunun üçün heç nə etməyəcəklər. Uzaqbaşı pulumu alacaqlar. Amma səni öldürəcəm. "Mənə işləyəcəksən" sözünə görə, oğlum dilini kəsib. Yəni məndən sənə işləyən olmaz. Natiq etiraz olaraq dilini kəsdikdən sonra da o vəziyyətdə E.Əlicanovun şilləvuranı Cavid Əliyev onu yerə yıxıb döyüb. Al-qanın içində Əlicanov ona yenidən 15 sutka da əlavə verib. Hazırda oğlum Penitensiar Xidmətin müalicə müəssisəsindədir. Yanına gedirik, lakin görüş vermirlər. Danışa da bilmir. Müalicəsi də getmir. Əlicanov oğlumun ölüm fərmanını verib. Əgər oğlum döyülməyibsə, nəyə görə müalicə müəssisəsindədir? Birinci dəfə döyüldüyündə Ədliyyə Nazirliyinə məktub yazdıq, sonra oğlum bizə dedi ki, Cəzaçəkmə Müəssisəsinə Ədliyyə Nazirliyinin İstintaq İdarəsindən 2 nəfər təhqiqatçı gəlib. Onlar cəzaçəkmə müəssisəsinin işgəncə verən əməkdaşlarının dilindən iltizam alıblar ki, bir də belə hallar təkrarlanmasın. Onlara deyibkər ki, əgər belə hallar yenidən baş verərsə, haqqınızda tədbir görüləck.

Onlar gəlib-gedəndən sonra həmin şəxslər Natiqə deyiblər ki, sənin şikayətinə görə, filan qədər pulumuzu aldılar. Elə o gündən də Natiqə daha şiddətli işgəncələr veriblər. Axı mən işləmirəm. Oğlum isə məhkum həyatı yaşayır. Hardan alım Əlicanova pul verim? Deyirlər ki, guya Natiq Cəzaçəkmə müəssisənin daxili qaydalarını kobud şəkildə pozub. Axı özünü 10 məhkumun qatili kimi qələmə verən Əlicanovun qoçularının yanıbda hansı məhkum qaydaları poza bilər ki? Oğlum içmir, çəkmir, pis vərdişləri də yoxdur. İndi bir qəzadır gəlib başına, cəzasını da çəkir. Pulu yoxdur deyə, məhkumu öldürməlisiniz? Anası bunları eşidəndən vəziyyəti pisləşib. Oğlum cinayət törədib, cəzası nədir çəkir də. O da azadlığa çıxıb, normal həyata qayıtmaq istəyir. Oğlum ətrafdan, cəmiyyətdən təcrid olunub, həyatdan yox ki.

Məgər vətəndaş cəza çəkdiyi müddətdə hüquqları əlindən alınır? Sadəcə, azadlığı əlindən alınır, məgər bunu bilmirlər ki? Hazırda bütün ailəmiz stress içindədir. Saytınızda bu haqda xəbər getdikdən sonra Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin təhqiqatçısı Natiqin yanına gedib ki, prokurorluğa şikayət etmə. Bəs şikayət eləməsin, Elçin Əlicanov qoçularıyla oğlumu öldursun. Mən Prezident İlham Əliyevə, ombudsman Elmira Süleymanovaya, ədliyyə naziri Fikrət Məmmədova saytınız vasitəsiylə müraciət edirəm. Lütfən, oğluma işgəncə verilməsinin qarşısını alın. Məhkum da Azərbaycan vətəndaşıdır. Onun da hüquqları var"- deyə, o, bildirib.(Gununsesi.info)
"Oğlum qanıyla məktub yazmışdı" - Dilini kəsən məhkumun atası danışdı"Oğlum qanıyla məktub yazmışdı" - Dilini kəsən məhkumun atası danışdı"Oğlum qanıyla məktub yazmışdı" - Dilini kəsən məhkumun atası danışdı

Xəbərlər     Baxılıb: 1859   Tarix: 23 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Dərinin qocalmasını ləngidən vitamin açıqlandı

Yapon tədqiqatçıları C vitamininin dərinin qocalmasını necə ləngidə biləcəyini kəşf ediblər: o, genetik mexanizmlərə təsir edərək dəri hüceyrələrinin böyüməsi və yenilənməsinə cavabdeh olan genləri aktivləşdirir. . -a istinadə

.

Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanla

.

İsti havalarda bu məhsulları yemək təhlükəlidir

Yayda əksər insanlar "soyuq" yeməklərə üstünlük verir, lakin bu yanaşma xüsusilə qastrit, pankreatit, xolesistit və mədə-bağırsaq traktının digər xroniki xəstəlikləri olan xəstələrdə sağlamlıq problemlərinə səbə

.

Qarpızı pendir yox, bununla yeyin - Faydaları

İsti yay günlərinin vazkeçilməz ləzzəti qarpız və ağ pendirdir.  xəbər verir ki, mütəxəssislərin fikrincə, qarpızın çox hissəsi sudan ibarət olsa da, yüksək glisemik indeksə malik olduğu üçün qan şəkərini sürətlə artıra bilir

.

Xərçəngin bu növü Y nəslinin yeni kabusuna çevrilib

Son illərdə daha çox gəncdə rast gəlinən aqressiv xərçəng növü - apendisit xərçəngi - tibb mütəxəssislərini ciddi narahat edir. Bu xəstəliyin dəqiq səbəbi hələ müəyyən edilməyib, lakin yayılma sürəti narahatedici səviyyəy

.

Tez-tez kabus görmək insanı vaxtından tez qocaldır

Yeni elmi araşdırma tez-tez kabus görən insanların daha tez yaşlandığını və 70 yaşına çatmadan ölüm riskinin üç dəfə artdığını üzə çıxarıb. xəbər verir ki, bu nəticəyə Birləşmiş Krallıq Demans Araşdırma İnstitutu və "Imperia

.

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacibliyinə diqqət çəkiblər. Avropa Onurğa Cəmiyyətlərinin keçirdiy

.

Alimlər qoxunun xoş və ya xoşagəlməz olmasına beynin necə qərar verdiyini kəşf ediblər

UF Health-in yeni araşdırması bəzi qoxuların niyə iyrənc olduğunu və beynin onlara necə emosional reaksiya verdiyini izah edir. Mikrodalğada sobada bişirilən balıq təkcə mətbəxdə qalıcı bir qoxu deyil, həm də xoşagəlməz xatirələ

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qaşların formalari reseptler gozel gorunmek qadın və təhsil xiyarın faydaları cennet almasi murebbesi piroq reseptləri efsane aslan baliq burcu xlor lekesi burclerin uyumu