Oğlunun ölümünə dözə bilməyən xalq artistinin dəfn mərasimindən FOTOLAR

Təzəpir məscidində xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi keçirilib.

Xanim.az APA-ya istinadən xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı şəhər Mədəniyyət və turizm baş idarəsinin müdiri Vüqar Zeynalov, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Fərhad Bədəlbəyli Ramiz Zöbrabovun vəfatının Azərbaycan mədəniyyəti və musiqisi üçün böyüt itki olduğunu deyib. Qeyd edib ki, R. Zöhrabov bəstəkar və musiqi tədqiqatçısı kimi onlarla əsərin, dərsliyin, monoqrafiyanın müəllifidir.

Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasov R. Zöhrabovun həyat və yaradıcılığından, musiqişünas kimi xidmətlərindən, pedaqoji fəaliyyətindən danışıb.

Vida mərasimi başa çatandan sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Ramiz Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub.

"Şöhrət" ordeni ilə təltif olunmuşdu, Prezident təqaüdçüsü idi.

-----------

14:41

Azərbaycanın xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi başlayıb.

Xanim.az-ın report-a istinadən məlumatına görə, Təzəpir məscidində keçirilən mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edir.

Bəstəkar II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, R.Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub. "Şöhrət" ordeni ilə təltif olunub, Prezident təqaüdçüsü idi.

----------

12:05

Xalq artisti, Bəstəkarlar İttifaqının keçmiş katibi, professor Ramiz Zöhrabov bir neçə saat öncə vəfat edib.

Xanim.Az xəbər verir ki, bu barədə ölkə.az-a Zöhrabovun dostu, tanınmış şair Vüqar Əhməd məlumat verib.

Qeyd edək ki, muğam müsabiqəsinin keçmiş jürisi R.Zöhrabovun oğlu, rejissor Rəşad Zöhrabovu 22 oktyabr 2016-cı ildə avtomobil vurmuş və həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdı.

Allah rəhmət eləsin!
Oğlunun ölümünə dözə bilməyən xalq artistinin dəfn mərasimindən FOTOLAROğlunun ölümünə dözə bilməyən xalq artistinin dəfn mərasimindən FOTOLAROğlunun ölümünə dözə bilməyən xalq artistinin dəfn mərasimindən FOTOLAR

Xəbərlər     Baxılıb: 2128   Tarix: 24 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

yay kolleksiyasi qaşların formalari kosmetik vasiteler genc aile dogusdan sonra matkanin yigilmasi ləkə üçün maskalar doğumu necə keçirtdim kosmetika xerceng kəlamlar google novruz bayramina aid hakisdalar vicdan