Ölkədə Laparoskopik əməliyyatlara tələbat artıb
Azərbaycanda səhiyyənin bir çox sahələrdə yüksək səviyyədə inkişafı danılmaz faktdır. Xaricdə təhsil alan, praktika keçən həkimlərin yenilikləri artıq ölkəmizdə böyük inam və etibar qazanıb.
Son zamanların aktual mövzusu isə laparoskopik əməliyyatların üstünlüklərindən ibarətdir. DİN Hospitalının cərrahiyyə şöbəsinin rəisi Dr. Eminov Vüsalın məlumatına görə, bu əməliyyat növü açıq əməliyyatlardan fərqli olaraq, qarın üzərində 3-5 xırda dəlik açılmaqla həyata keçirilir. Öd daşı, yırtıqlar, appendisit, mədə kiçiltmə əməliyyatı, bir sira ginekoloji əməliyyatlar laparoskop üsulla aparılır. Laparoskop əməliyyatın digər müsbət tərəfləri sağalma müddətinin adi əməliyyatdan 4-5 dəfə qısa olması, yüngül keçirilməsi, kosmetik effekti, xəstələrdə həyat keyfiyyətinin və psixo-emosional durumun daha yüksək olması və.s-dir.
Qeyd edək ki, müasir cərrahiyyədə laparoskopik üsulla həyata keçirilən əməliyyatlar günü-gündən təkmilləşərək bəzi patologiyalar üçün qızıl standarta çevrilib.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir