Ölkəni cənginə alan qızılca hansı hallarda ölümə səbəb olur? – PEDİATR DANIŞDI

Ölkəni cənginə alan qızılca hansı hallarda ölümə səbəb olur? – PEDİATR DANIŞDISon zamanlarda qızılca xəstəliyi bütün ölkəni öz cənginə alıb. Belə ki, Səhiyyə Nazirliyi noyabr ayında verdiyi açıqlamada bəzi bölgələrdə qızılca virusuna tək-tək yoluxma hallarının müşahidə edildiyini açıqlasa da, statistikaya nəzər salsaq görərik ki, noyabrın ikinci ongünlüyündə qızılcaya yoluxanların sayı bir xeyli çoxdur. Hətta qızılcandan ölüm halları da müşahidə olunur. Maraqlısı budur ki, qızılca xüsusilə uşaqlar arasında daha çoxdur. 
Maraqlıdır, görəsən, qızılca hansı hallarda ölümə səbəb olur?
Milli.Az-ın xəbərinə görə, məsələ ilə bağlı pediatr Qoşqar İsmayılov Lent.az-a açıqlamasında bildirib ki, qızılca xəstəliyi əsasən ilk üç-dörd gün ərzində yüksək hərarət, yaxud supervin hərarətlə müşahidə edilə bilər. 
Onun sözlərinə görə, boğaz şişkinliyi, boğaz ağrısı kimi kataral əlamətlərlə başlayır:
"Sonra səpgilər yaranır, səpgilər xüsusən qulaq dibindən başlayır, sonradan bütün bədənə, ətraflara yayılır. Səpgi olanda artıq diaqnoz qoya bilirik ki, bu, qızılcadır. Qızılcanın müalicəsi yüngül hallarda ev şəraitində aparılır. Lakin ciddi vəziyyətdə, yəni yüksək hərarət davam edirsə, xəstənin infeksion xəstəxanalarda yatırılması məsləhətdir. Qızılcadan ölüm halları əsasən ağırlaşmalar olduqda baş verir. Belə ki, vaxtında həkimə müraciət etmədikdə xəstəlik pnevmaniyaya və meningitə səbəb olur".
Qoşqar İsamyılov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, son iki-üç ayda qızılca geniş vüsət alıb:
"Xüsusilə də, məktəbəqədər və məktəblilər arasında qızılcaya yoluxanlar var. Yoluxmaya ən birinci səbəb budur ki, uşaqlara vaxtında - 1 yaşında üçü birində qızılca, məxmərək və epidemik parotit əleyhinə peyvənd vurulmur. Uşaqlar 1 yaşında ilk peyvənddən sonra 6 yaşında da təkrar pevənd - revaksiyanasiya olunmalıdırlar".
Milli.Az

Xəbərlər     Baxılıb: 1415   Tarix: 02 dekabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

sade makiyaj sekilleri qadın geyimi donlar 2026 zirinc faydalari qizi ehtiraslandiran sozler qarağatın faydaları qonaq otagi dizaynlari kosmetika efsaneler yuxuda qara ilan gormek uşaq şeirləri xanim.az yemekler