"Ölmək istəyirəm" deyən şəxsi təsadüfən maşın vurub öldürdü - Azərbaycanda şok olay

"Ölmək istəyirəm" deyən şəxsi təsadüfən maşın vurub öldürdü - Azərbaycanda şok olay"Özümü öldürəcəm" deyərək insanları aldadıb pul yığan şəxs qəzanın qurbanı oldu
Bakı-Quba yolunda baş verən yol qəzası eşidənləri təəccübləndirib. Bir neçə gün əvvəl hərbi şəhərciyin yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. İlkin araşdırmalar zamanı maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, Cəlil adlı şəxs bir neçə aydır həmin ərazidə dilənçiliklə məşğul olurmuş. O, insanların inamından sui-istifadə edərək onlardan pul alırmış: "Daha bezmişəm, imkanım yoxdur, özümü öldürmək istəyirəm" deməklə pul yığan bu şəxs sonuncu dəfə hərbi şəhərciyin yaxınlığında görünüb. Burada eyni sözləri bir neçə nəfərə deyərək pul alıb. Sonra isə yola çıxaraq oradan keçən avtomobillərin qarşısını kəsib və eyni üsulla sürücülərdən pul yığıb.

"Özümü öldürmək istəyirəm" sözünə inanan, onu bu fikirdən daşındırmaq istəyən insanlar isə ona imkan dairəsində köməklik edirmiş. Cəlilə pul vermək üçün maşını yolun hərəkət hissəsinə yaxın yerdə saxlayan sürücü pul verərkən arxadan sürətlə hərəkət edən başqa bir avtomobil onu vurub. Dayanmış avtomobil də hərəkət edərək Cəlilin üzərindən keçib. Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun dilənçiliklə məşğul olması və "özümü öldürəcəm" deyə-deyə insanlardan pul yığması polisin apardığı araşdırmalardan sonra üzə çıxıb. O vaxta qədər hər kəs onu həqiqətən də köməyə ehtiyacı olan bir şəxs kimi tanıyırmış.

///Avtosfer.az

Xəbərlər     Baxılıb: 1928   Tarix: 10 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə ÜSUL

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.  bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

İsti kran suyu ilə yemək hazırlamaq təhlükəsizdirmi?

Gündəlik mətbəxt işlərində vaxta qənaət etmək üçün isti kran suyundan istifadə etmək geniş yayılan bir vərdiş olsa da, mütəxəssislər bunun ciddi sağlamlıq riskləri daşıdığı barədə xəbərdarlıq edirlər.  xəbər verir ki, ist

.

Diş əti xəstəliyi "Alzheimer" riskini artıra bilər

"Alzheimer" xəstəliyi ilə bağlı aparılan yeni araşdırmalar ağız və diş sağlamlığının əhəmiyyətini bir daha gündəmə gətirib. Mütəxəssislərin fikrincə, diş əti xəstəliklərinə səbəb olan bakteriyalar "Alzheimer"

.

Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib. xəbə

.

Acqarına idman etmək OLAR? – Mütəxəssis xəbərdarlıq edir

Səhər yeməyi etmədən idmanla məşğul olmaq yalnız yüngül fiziki fəaliyyətlər zamanı uyğun hesab olunur. Daha ağır və intensiv məşqlərdən əvvəl isə orqanizmin enerji ilə təmin edilməsi vacibdir. Əks halda, başgicəllənmə v

.

Portağalın hansı faydaları var?

Portağal sağlamlıq üçün ən faydalı meyvələrdən biri hesab olunur.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, portağal C vitamini ilə zəngin olduğundan immun sistemini gücləndirir və orqanizmi müxtəlif infeksiyalar

.

Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA

Sinir liflərini qorumaq, D vitamini sintez etmək və hormonların yaranması üçün vacib sayılan yumurta yüksək qida dəyəri ilə seçilir. xəbər verir ki,mütəxəssislər bildirirlər ki, yumurta zülal baxımından ən keyfiyyətli qidalarda

turlar.az

makiyaj instagram adlarin menasi yay geyimləri 2026 ideal toy həkim məsləhəti öd daşı dolma reseptleri kosmetika bayatilar novruza aid hakistalar sirniyatlar salam vicdan