Ölüm riskini ikiqat artıran SƏBƏBLƏR - Professor açıqlayır
İngiltərədə alimlər koronavirusa yoluxmuş insanların DNT-sini analiz edib və bu nəticəyə gəlib ki, "qüsurlu gen"ləri olan xəstələrdə bu infeksiya daha çox ağırlaşmalara səbəb olur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatda 48 yaşdan 60 yaşa qədər 40 min insan iştirak edib. Gen daşıyıcılarının yaşlı olması vacib deyil. Demans yaşla ortaya çıxa bilər, ancaq "qüsurlu gen" vücudu yeni bir infeksiyaya həssas hala gətirir. Alimlər qocalar evlərində koronavirusdan yüksək ölüm faizinin səbəbini də bununla izah edib.
Daily Mail xəbər verir ki, İngiltərədə COVID-19-dan ölən hər beş nəfərdən biri də Alzheymer xəstəliyinin ən geniş yayılmış forması olan demansdan əziyyət çəkib. Odur ki, genlərdə olan problemlər koronavirusdan ölüm riskini ikiqat artırır.
"Bu araşdırma göstərir ki, risk faktorları əsas genetik dəyişikliyə görə artır" , - deyə professor David Melzer əlavə edib.
Alimlər ümid edirlər ki, onların kəşfi bu kateqoriyalı xəstələrin müalicəsi üçün bir yol tapmağa kömək edəcək.
Aytən Məftun









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
Pis yuxu insan beynini qocaldır?
İkinci dəfə ata oldu
Dünyanın ən gözəl qızının indiki halı — FOTOLAR
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama