Ölümcül bakteriyalarla bağlı XƏBƏRDARLIQ: insanı 48 saatda öldürür

Ölümcül bakteriyalarla bağlı XƏBƏRDARLIQ: insanı 48 saatda öldürürYaponiyada səlahiyyətlilər "ət yeyən" bakteriyaların səbəb olduğu və potensial ölümcül hesab edilən streptokok zəhərli şok sindromu (STSS) hallarının sayının indiyə qədər ən yüksək səviyyəyə çatdığını bildiriblər.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, insanların ehtiyat tədbirləri görmələri üçün xəbərdarlıq edilib.
Milli Yoluxucu Xəstəliklər İnstitutunun (NIID) verdiyi açıqlamada bu ilin iyun ayının əvvəlinə qədər ölkədə STSS hadisələrinin sayının 977-yə çatdığı bildirilib. Qeyd edilib ki, 2023-cü ilin eyni dövründə 941 hadisə qeydə alınıb. Bu da onu göstərir ki, qeydlərin aparılmağa başlandığı 1999-cu ildən bu günə qədər yoluxma hallarının sayı rekord səviyyəyə çatıb.
Xəstəlik "streptococcus pyogenes" bakteriyası tərəfindən törədilir və tez-tez boğaz ağrısı ilə müşayiət olunur. Daha sonra əzaların nekrozu və çoxlu orqan çatışmazlığına səbəb ola bilər.
Tokio Qadın Tibb Universitetindən Yoluxucu Xəstəliklər üzrə mütəxəssis, Prof. Dr. Kikuçi Ken bildirib ki, ayaq yaraları streptokok bakterial infeksiyasına xüsusilə həssasdır. Kiçik yaraların bakteriyalar üçün mümkün giriş nöqtələri olduğunu izah edən Kikuçi, yaşlı xəstələrdə infeksiyadan ölümə qədər olan müddətin 48 saat ola biləcəyinə diqqət çəkib.
Yüksək hərarətin və yaraların sürətlə şişməsinin təhlükəli əlamətlər olduğunu ifadə edən Kikuçi, belə bir vəziyyətdə dərhal həkimə müraciət edilməli olduğunu vurğulayıb.
"Xəstə səhər saatlarında ayağında şişlik hiss edə, günorta saatlarında bu dizinə qədər yayıla və 48 saat ərzində ölə bilər", - deyə professor vurğulayıb.
Alimlər ən kiçik yaraların belə dezinfeksiya edilməsini və əl yuma vərdişinin artırılmasını tövsiyə edirlər.
Qeyd edək ki, əsasən 30 yaşdan yuxarı insanlarda rast gəlinən ət yeyən bakteriyaların yaratdığı STSS "potensial ölümcül" olaraq xarakterizə edilir.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1103   Tarix: 24 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

yemek reseptleri qaşların formalari kosmetik vasiteler göyəm mürəbbəsinin resepti xamali piroq dirnaq uzatmaq yollari huseyn cavid seirleri kosmetika porno gülməli hakıştalar qizliq perdesi brusell bakteriyası novruza aid hakisdalar