Ölümlərinə "imza atıb" yola çıxan sürücülər - FOTO

Ölümlərinə "Ürək ritminin pozulması - saatlı bombadır. İnsan sükan arxasında ölə bilər".
Bu barədə rusiyalı terapevt Andrey Zvonkov sürücülər üçün ölümcül ola biləcək xəstəliklərdən danışarkən xəbərdarlıq edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, ilk olaraq ürək xəstəliyi olanlara maşın sürməməyi tövsiyə edib.
"Əgər insanlarda titrəyən aritmiya və ya ürək aritmiyasının mürəkkəb formaları varsa, o zaman sərnişinlər kateqoriyasına daxil olmaq daha yaxşıdır. Müəssisələrdə adətən hipertoniya xəstəliyi olan, təzyiqi 140-dan yuxarı olan sürücülərin xəttə çıxmasına icazə verilmir. Amma gündəlik həyatda hər kəs öz mülahizəsinə əsasən riskə gedir. Təzyiqi 100/200-ə olan adam bunu anlamaya bilər,  bu zaman o, sükan arxasına keçərsə hətta qəfil huşunu da itirə bilər", - deyə həkim bildirib.
O, bundan başqa vurğulayıb ki, görmə qüsuru olan, eləcə də insult keçirmiş və nevropatoloqdan müvafiq icazə almamış şəxslər üçün avtomobil sürməkdən çəkinmək daha yaxşıdır.
Həkimin sözlərinə görə, qlaukomada rəng qavrayışı kəskin şəkildə dəyişə bilər, katarakta ilə isə görmə sahələri azalır.
Mütəxəssis əlavə edib ki, mərkəzi sinir sisteminə təsir edən dərman qəbul edənlər də avtomobil sürməsələr yaxşıdır.
"Bu dərmanlar reaksiyanı azaldır. Bu siyahıda sedativ dərmanların adını şəkmək olar. Resepsiz satılanlar arasında ən populyarı "Valokordin"dir. Onu içib sükan arxasına keçən özünə qəsd edib. Preparatın tərkibində ürək ritmini azaldan valerian turşusu və çox güclü sakitləşdirici sayılan fenobarbital var. Onu içən yuxuya getməsə belə reaksiyası mütləq yavaşlayacaq", - deyə Zvonkov izah edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1006   Tarix: 26 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

kosmetik vasiteler geyim necə seçməli reseptler kişi sonsuzluğu enli koftalar kakao boyurtken kompotu kosmetika maskalar novruz hakisdalari janrlar sanama seksler