Ölümqabağı vəziyyətlər

Ölümqabağı vəziyyətlərPreaqonal vəziyyət canvermə qabağı dövr hesab edilir. Bu zaman xəstə adətən huşunu itirmir, lakin təsdricən beyin qabığının və qabıqaltı mərkəzlərin, həmçinin beyin kötüyünün vəziyyəti zəifləyir. Əvvəl taxikardiya və tezləşmiş tənəffüs, bir qədər sonra isə bradikardiya və tənəffüsün seyrəkləşməsi müşahidə edilir. Arterial təzyiq əvvəl qısa müddətdə yüksəlir, sonra isə kritik şəraitdə aşağı enir (60-80 mm.c.s). Canverməqabağı dövrün başlanğıcında xəstədə ümumi hərəki oyanıqlıq nəzərə çarpır. Onun ardsınca huş itirilir. Predaqonal vəziyyətin davametmə müddəti terminal halın inkişafına səbəb olan amildən asılıdır. Koronar qan dövranının kəskin pozğunluqları və elektrotravma nəticəsində meydana çıxın preaqonal vəziyyət qısa müddət davam etdiyi halda, qanitirmə nəticəsində yaranan terminal hallarda bu mərhələ bir-neçə saata qədər çəkir.
Preaqonal vəziyyətin ardınca terminal fasilə baş verir ki, bu dövrdə tənəffüs dayanır, ürək ritmi seyrəkləşir, koronar reflekslər itir, bəbəklər genəlir.
Terminal fasilə ilə klinik ölümün arasında olan məsafə aqoniya (canvermə) adlanır. Aqoniya halı üçün huşsuzluq və beynin bütün şöbələrinin yüksəlmiş aktivliyi xarakterikdir. Canvermənin əsas əlamətlərindən biri aqonal tənəffüsdür. Canverən şəxslərdə qısa müddət ərzində qıcolmaşəkilli dərin tənəffüs müşahidə edilir. Belə tənəffüs zamanı çox vaxt sklet əzələləri də iştirak edir. Bu zaman tənəffüs zəifləyir, sonra birdən-birə tənəffüs hərəkətləri qüvvətlənir, sonra yenidən zəifləyir. Aqonal tənəffüs normal tənəffüsdən nəfəsalmada iştirak edən əzələlərin hərəkətinə görə fərqlənir.
Aqoniyadan sonra kliniki ölüm baş verir ki, bu da qan dövranının dayanması ilə əlaqdardır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1281   Tarix: 23 avqust 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

turlar.az

geyim seçimi qadın geyimi maskalar gecəliklər moruğun faydasi ciyer qovurmasi tanınmış qadınlar kosmetika kokelmek qiz burcu vətən haqqında bayatı azerbaycan sac modelleri