"Onu əri döyür, aldadır, məşhur isə azad, özgüvənli qadındır" - MURAD ARİF

"Onu əri döyür, aldadır, məşhur isə azad, özgüvənli qadındır" - MURAD ARİFMüğənni Sevda Yahyayevanın ögey atasının "Səni axtarıram" verilişinə gələrək, verdiyi açıqlamalar böyük söz-söhbətə səbəb olub.

Axşam.az-ın məlumatına görə, 77 yaşlı kişinin işlətdiyi "Sevdanı mən məşhur etmişəm. Pulları olanda isə anasını götürüb, aparıb evində qulluqcu kimi işlədir. Məni də evdən çıxarıb" sözlərinə bir çoxları etiraz bildirib. Şou-biznes nümayəndələri Sevda ilə bağlı paylaşım edərək, proqramın yaradıcı heyətini qınayıblar.

Diqqət çəkən şərhlərdən biri də aparıcı-müğənni Murad Arifə aid olub:

"Çox ədalətsiz və qəddar dövrdə yaşayırıq! Belə çıxır ki, sabah istənilən şərəfsiz, istənilən məşhur haqda bir iddia ilə telekanala, mediaya gələcək, TV-də o iddianı guya ki, yoxlamaq məqsədiylə məsələni ictimailəşdirəcək. Ertəsi gün 784 saytda "Filankəs sən demə, belədir" başlıqları yazılacaq, 12 min 429 söyüş, təhqir, qarğış dolu şərhlər dolacaq, həmin məşhur ölkədə rüsvay olacaq.

Vəkil tut, məhkəmə aç... Tamaşaçı da onsuz məşhurlara qıcıqlanır, tüstü çıxdımı, pisə inanar. Çünki o, (orta statistik təhqir yazan) işsizdir, məşhur isə işləyir... O, maşınsızdır, məşhurun maşını var... O, acdır, məşhur kef eləyir... O, çirkindir, məşhur baxımlı... Onun arvadı üzünə baxmır, məşhurun dörd yanında hurilər... Onu əri döyür, aldadır, məşhur isə azad, özgüvənli qadındır... və s.

Əlqərəz, hər xəbər, hər mövzu ictimailəşmədən öncə hərtərəfli yoxlanılmalı, xəbərdə adı keçəcək hər kəslə efirdən kənar əlaqə qurulmalıdır. Küçədəki adamlar studiyaya girib kefi istədiyinə fahişə, pozğun, oğru, fırıldaqçı və s. deməməlidir".

/axsam.az

Şou Biznes     Baxılıb: 2600   Tarix: 25 aprel 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

.

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

.

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

turlar.az

kosmetika mehsullari hamilelikde qidalanma geyim dəbləri dondurma reseptləri azerbaycan haqqinda qadin dunyasi net zirinc faydalari kosmetika hakıştalar laylalar baliq baldiza aid hakisda bürcler