"Onu saçından tutub sürüyəcəkdim" - Tolik
Prodüser Tarix Əliyev (Tolik) İnstaqramda canlı yayıma girərək "Maşın" şoudan danışıb.
Axşam.az-ın məlumatına görə, Tolik yarışmadan çıxdığı üçün peşman olmadığını söyləyib:
"Canımı iyrənclərin, dırnaqarası xanımların əlindən qurtardım. Orada Azərbaycan xanımına layiq olmayan bəzilərindən xilas oldum. Oksananın xətrini çox istəyirdim, amma ötən gün gərək səs istəməyəydi. Düzdür, deyirəm kaş çıxmayaydım. Amma orada olsaydım, kiminsə saçından tutub sürüyəcəkdim, əlimdən heç kim ala bilməyəcəkdi. Oradakı bəzi kişilər namusdan danışırdı. Sinəsinə döyən "müğənnicikləri" heç İnstaqramda canlı yayımda 300 adam izləmir. Səidə arxamca deyir ki, söz demək istəmirəm. Abırsız, gəl bir söz də denən. Ağır sözlər demək istəmirəm. Səidə özü biabır oldu. Səidə ilə 2 ildir danışmırdım. Onunla problemim yox idi, çünki mənlə problem yaşayacaq statusda müğənni deyil. Səidənin bacısının həyat yoldaşı mənim dostumdur. Onların evində çörək kəsmişəm, anası nazımla oynayıb, peraşki istəmişəm bişirib. Mən Səidəyə üç gün əvvəl demişdim ki, Pərvinlə bir-birinizi qıracaqsınız.
Murad Dadaşov bizi "Maşın" şouya çıxarır ki, tamaşaçı maskasız üzünüzü görsün".
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir