"Onun ağzından bir şapalaq vurardılar ki, səsini kəssin..." - Deputat aparıcı Turan haqda

"Onun ağzından bir şapalaq vurardılar ki, səsini kəssin..." - Deputat aparıcı Turan haqdaMilli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə Turan İbrahimovun proqramının qapadılması haqda suallara cavab verib.

Xanim.az deputatın "Yeni Müsavat"a verdiyi müsahibədə bu mövzu ilə bağlı hissəni təqdim edir:

– Arif müəllim, bugünlərdə şayiələr yayılıb ki, Turan İbrahimovun təqdim etdiyi "ATV səhər" verilişi sizinlə bağlı tənqidi fikirlərinə görə qapadılıb. Deyilənlər doğrudurmu?

– (Gülür) Verilişi o videosujetə görə bağlasaydılar, elə onun ağzından bir şapalaq vurardılar ki, səsini kəssin. O, 10 gün danışdı orda. Ola bilsin, onun da bir təsiri olub. O mənada ki, bu ağzına gələni danışırdı. Bəlkə təsiri olub, bir-bir yığılıb, o həddə çatanda bunu başa salıblar.

– Sizin telekanal rəhbərliyinə, yaxud MTRŞ-yə şikayətiniz olmuşdu?

– Yox, yox. Mənim şikayətim olmamışdı. Siz də əvvəlki müsahibədə mənə təklif etmişdiniz ki, biz görüşək. O kimdir axı, mən onunla görüşəm, onun haqqında danışam?

– 3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı günüdür. Ümumiyyətlə, sizin hansısa bir verilişin bağlanması, yaxud bir jurnalistin susdurulmasına münasibətiniz necədir?

– (Pauzadan sonra) Vallah, jurnalist də gərək səviyyəli bir adam olsun da… İndi hər adamı jurnalist eləmək olmaz axı. Çıxır orda danışır. Nə bunun xarici görünüşünə, nə davranışına, nə savadına görə… Hesab edirəm ki, ona layiq adam idi.

– Jurnalist özü sizə müraciət edib polemika aparmaq istədimi?

– Yox, nə müraciət? O hesab edir ki, hər şeyi düz deyir.

– Arif müəllim, bu arada Azərbaycan jurnalistlərini təhqir edən rus diplomatı Mariya Zaxarova barədə də soruşmaq istəyirəm. Siz onun dediklərinə hansısa formada etiraz etdinizmi, yaxud Rusiyadakı dairələrə sözünüzü dedinizmi?

– Sözün doğrusu, mənim Zaxarovanın təhqir etməsindən heç xəbərim də yoxdur. O məsələ ilə Əli müəllim (Hüseynli) məşğul olur. Bu dəqiqə Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupuna o rəhbərlik edir. Mən yalnız Parlament Assambleyasında fəaliyyət göstərirəm, orada komissiya sədriyəm. Ümumiyyətlə, sözün doğrusu, mən bu məsələlərə çox müdaxilə etmirəm. Heç bu məsələdən xəbərim də yoxdur. İndi bu barədə sizdən eşidirəm.

Xəbərlər     Baxılıb: 2466   Tarix: 04 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

yay geyimləri 2026 yay kolleksiyasi aksessuarlar döşləri necə böyütmək olar sarmisaqin faydasi pehriz saxlamaq qaydalari balıq yeməkləri kosmetika oglan evi xanim az birlik baldiz hakisdalar