Oqtay Əliyevdən ailəsi ilə bağlı İNANILMAZ AÇIQLAMA: " Gözləyirəm, gecə yatandan sonra... "

Oqtay Əliyevdən ailəsi ilə bağlı İNANILMAZ AÇIQLAMA: " Gözləyirəm, gecə yatandan sonra... "Bu dəfə rəhbərlik etdiyi prodakşının işlərindən və yaradıcılıq planlarından danışmadı. Şəxsi həyatı ilə bağlı suallarımızı cavablandırdı. Bu yazını oxuyub biləcəksiniz ki, o necə həyat yoldaşıdır. Xanımına bir dəfə də olsun əl qaldırıb, ya yox?

"SOY" prodakşının rəhbəri Oqtay Əliyevin Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Həyat yoldaşınız Dilarənin yaratdığı obrazları bəyənirsiniz?

– Hər bir filmdən sonra evimizdə müzakirələr başlanır. Məsləhətləşirik. Sözsüz ki, hər şey 100 faiz yüksək səviyyədə ola bilməz.

– Dilarə həyat yoldaşı kimi mükəmməldi, yoxsa aktrisa kimi?

– Hər iki tərəfdən mükəmməldir.

– Heç indiyə qədər Dilarəyə əl qaldırmısız?

– Yox e, həvəsim yoxdur, əl qaldırmağa. Evə çox yorğun gəldiyim üçün heç kimə əl qaldırmağa həvəsim olmur (gülür).

– Dilarə bir dəfə müsahibəsində demişdi ki, evdə son sözü Oqtay deyir. Düzdür?

– Əlbəttə, son sözü evin kişisi deməlidir. Gözləyirəm, gecə hamı yatandan sonra sözümü deyirəm ki, "vsyo" mən deyən olmalıdır. (gülür)

– Heç hansısa obraza görə ona qadağa qoymusunuz?

– Yox e yox. Uşaq vaxtından teatrda bir yerdə böyümüşük və bilirəm ki, belə qısqanclıqların yeri yoxdur.

– Evdə büdcəyə kim nəzarət edir: Dilarə yoxsa siz?

– Bizdə büdcə eynidir və bank işçilərindən biri də Dilarədir.

– İcazəsiz pul xərcləyəndə cəzadlandırılır?

– O pulu ümumi olaraq hər birimiz xərcləyirik. Kimə pul lazımdırsa, götürüb xərcləyir. Bizdə demokratiyadır.

– Əlinizi masaya çırpıb, "mən deyən olmalıdır", dediyiniz vaxtlar olur?

– Evdəkilər elə şərait yaratmırlar ki, əlimi masaya çırpım. İşlərini elə qururlar ki, "qışqır-bağıra" imkan qalmır.

– Qızınız ailə qurarkən seçiminə müdaxilə edəcəksiniz?

– Qızım artıq Bakı Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib, dövlət qulluğunda çalışır. Əlbəttə bunu zaman göstərəcək. Görsəm ki, düzgün qərar qəbul etməyib, sözsüz ki, müdaxilə edəcəm.

– Nə əcəb qızınız da anasının, baba və nənəsinin yolunu davam etdirib, aktrisa olmadı?

– Özü belə istədi və biz də belə arzuladıq ki, ailədə heç olmasa bir nəfər tamaşaçı olsun. Qoy o bizə kənardan tamaşa etsin.

– Tamaşaçı kimi Dilarənin çəkildiyi filmləri, yaxud da sizin işlərinizi bəyənirmi?

– Həmişə yox.

– Ən sərt xüsusiyyətiniz hansıdır?

– Yalanı sevmirəm. Məni aldatmağı kiməsə bağışlamıram.

– Dostluqda münasibətə nöqtə qoymağı bacarırsınız?

– Yox, dostluqda bu addımı atmaq çox çətindir. Əgər hansısa adamla 1988-ci ildən bəri dostluq edirəmsə, bu münasibətə necə nöqtə qoya bilərəm? Amma başqa münasibətlərdə çox asanlıqla nöqtə qoyuram.

– Ürəyinizdə özünüzə "əhsən sənə, Oqtay" dediyiniz vaxtlar tez-tez olur?

– Yox, elə olanda adam başını itirə bilər. İnsan özünü həmişə tənqid etməlidir ki, bax, bunu düzgün etmədin.

– Ən çox nəyə pul xərcləyirsiniz?

– Nə bilim vallah. Yadıma sala bilmirəm.

– Bəlkə gözəl qadınlara?

– Yox, qadınlara ayıracaq nə vaxtım var, nə də həvəsim.

– Gənc aktrisalardan biri bizə müsahibəsində demişdi ki, aktrisaların çoxu filmə çəkilmək üçün rejissorlara pul ödəyir.

– Onu rejissorlar bilər. Mən rejissor deyiləm.

– Niyə ki, layihə rəhbərisiniz. "SOY" prodakşının çəkdiyi o qədər filmlər var ki…

– Yox, hələ bizim qapımızı gözəl qadınlar döyməyib.

Xəbərlər     Baxılıb: 4367   Tarix: 04 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

makiyaj etmek qaydalari qadin dunyasi gelinlikler qis salatlarinin hazirlanmasi qadin dunyasi.az pnevmoniya xesteliyi bürclər və illər kosmetika sekisler tapmaca oğlaq yutube veten