Orqanik qidaların üstünlüyü

Orqanik qidaların üstünlüyüSon vaxtlar "orqanik qida" ifadəsi çox işlənilsə də, təbii və təmiz məhsul mənasında qəbul edilir. Sadə dildə desək, orqanik qida məhsulları tərkibində zərərli maddələrin miqdarı adi məhsullara nisbətən dəfələrlə az olan qida məhsullarıdır. Həmin məhsulların yetişdirilməsində süni gübrələrdən, həşərata qarşı dərmanlardan, hormonlardan, antibiotiklərdən, boya və kimyəvi maddələrdən istifadə olunmur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Fizuli Hüseynov deyib: "İstehsalat prosesində qeyri-üzvi gübrələr, kimyəvi qatqılar və pestisidlərdən istifadə olunmayan və yaxud müəyyən edilmiş normativlər çərçivəsində istifadə edilən məhsullar orqanik məhsullar sayılır".
Onun dediyinə görə, orqanik qidalar bitki və heyvan mənşəli olmaqla iki qrupa bölünür: "Heyvandarlıq sayəsində orqanik təbiiliyi qorumaqla əlaqədar məsələlər kifayət qədər qənaətbəxş sayıla bilər. Ölkəmizin torpaq, su və iqlim şəraiti ona əsas verir ki, heyvanlar daha çox təbii mühitdə qidalansınlar. Sənayeləşmiş üsulla heyvandarlıq məhsullarının istehsalı geniş yayılmayıb. Bitki mənşəli orqanik qida məhsulu mineralı az olan və gübrəli torpaqlarda yetişən məhsullardan daha dadlı olur. Onların yetişdirildiyi əkin sahələri ətraf mühit üçün daha faydalı hesab olunur, yəni pestisiddən istifadə olunmayan əkin sahələri ətraf ərazilərdə yaşayanlar üçün, o cümlədən quşlar və heyvanlar üçün daha təhlükəsiz hesab edilir. Orqanik məhsul istehsalı torpaq qatının zədələnməməsinə və bunun nəticəsində təbii heyvan və bitki sortlarının qorunub saxlanılmasına səbəb olur".
Orqanik məhsulların istehlakı orqanizmə daxil olan antioksidantlar sayəsində ürək-damar xəstəlikləri, görmə problemləri və erkən qocalmanın qarşısının alınmasına faydalı təsir edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1049   Tarix: 28 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

qadin sayti gelinlikler geyim və ayaqqabılar daban agrisi sizanaga qarsi maskalar 1 hefteye 5 kq ariqlamaq göyəmin faydası kosmetika gunay vətən həsrətinə aid bayatılar maraqli hakistalar cinsi əlaqə novruz haqistalari