Orqanizmdə DƏMİR çatışmazlığına işarə edən gizli əlamətlər

Orqanizmdə DƏMİR çatışmazlığına işarə edən gizli əlamətlərÜmumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada hər 10 insandan 8-i dəmir çatışmazlığından əziyyət çəkir.
Dəmir çatışmazlığı çox ciddi pozulmadır. Dəmir insan həyatı üçün ən vacib maddə olan oksigenin orqanizm boyu daşınması prosesində iştirak edir və bu proses pozulduqda bütün orqan və sistemlər zərər görür.
Bir çox hallarda insanlar bilmir ki, onların orqanizmində bu vacib maddənin defisiti var. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, əksər hallarda dəmir defisitindən cavan və orta yaşlı qadınlar əziyət çəkir.  
Mütəxəssislər dəmir çatışmazlığına işarə edən gizli simptomları sadalayıb:
İnsan təbaşir, gil, buz, torpaq və s. kimi qeyri-adi "məhsulları" yemək istəyir
Əsəbilik, streslərə davamsızlıq, depressiyaya meyllilik, panika, əhvalın tez-tez dəyişilməsi, "kapriz"lik
Keçməyən yorğunluq
Nəfəsalmanın pozulması, təngənəfəslik, ürək döyünməsinin artması
Narahat ayaqlar sindromu
Baş ağrıları və başgicəllənməsi
Saç və dərinin quruluğu
Dırnaqların ovulması
Sizdə bu simptomlardan bir neçəsi varsa, həkimə müraciət edib lazım olan müayinə və analizlərdən keçin.
Dəmir çatışmazlığı aşkar olunduqda həkim xüsusi müalicə təyin edə bilər. Əgər defisit çox deyilsə qidalanmada müəyyən dəyişikliklər etməklə bu defisiti aradan qaldırmaq mümkündür.
Qidalanmamızda dəmirin əsas mənbələri ət və qaraciyərdir. Heç bir tərəvəz, meyvə və həmçinin onların şirələri orqanizmə lazım olan miqdarda dəmir verə bilməz. Həmçinin bilmək lazımdır ki, C vitamini, mis və marqan dəmirin mənimsənilməsini yaxşılaşdırır, kalsium isə əksinə bu prosesə mane olur. Məhz bu səbəbdən mütəxəssislər ət yeməklərini qatıq, xama, ayranla birlikdə yeməyi tövsiyə etmirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1222   Tarix: 11 may 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

gozel gorunmek toy gecesi geyim seçimi seksual fotolar morugun faydasi günay musayeva yemisan faydasi kosmetika hakisdalar yumurta yuxuda qara ilan gormek hakistalar novruza aid