Orqanizmin dostu F vitamini

Orqanizmin dostu F vitaminiF vitaminin adı "friend", yəni, dost sözündən götürülüb. F vitamini konkret olaraq vitamin şəklində mövcud deyil və onun orqanizmdə miqdarı bir neçə mikroqramdır.
Həmin vitamin alfa linolen və linolen turşularının birləşməsindən əmələ gəlir. Alfa linolen turşusu Omeqa-3, linolen turşusu isə Omeqa-6 qrupundandır. Orqanizm alfa linolen və linolen turşularını əmələ gətirmir. Həmin turşular orqanizmə qidalar vasitəsilə daxil olur. F vitamini orqanizmə yağ səviyyəsində təsir edir.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qəbul və təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov məlumat verib.
Mütəxəssisin sözlərinə görə, F vitamini orqanizmə birbaşa təsir etmir. Həmin vitamin digər mikro, makroelementlər və vitamin qrupları ilə birləşərək orqanizmə fayda verir. F vitaminin orqanizmdə sabit və yetərli miqdarda olması insanın rentgen, qismən də Günəş şüalarının təsirindən qorunmasına müsbət təsir edir. A, B, C, D, E vitaminlərinin çatışmazlığı hiss olunsa və özünü daha çox büruzə versə də, F vitamini haqqında eyni sözləri demək olmaz. Lakin F vitamininin çatışmazlığı bədən dərisinin qurumasına, qabıqlanmaya, saç tökülməsinə, bədəndə olan yaraların gec sağalmasına, uşaqlarda böyümə problemlərinə, beyinlə əlaqəli problemlərə, görmə pozulmalarına səbəb ola bilər.
Bu vitamin hüceyrələrə yumşaqlıq və güc verir, qan dövranına, qanın pıxtalaşmasına, immun sisteminə dəstək verir, iltihabı azaldır, gözə, beyinə, ürək-damar sisteminə müsbət təsir göstərir, dərinin yağlanma səviyyəsini tənzimləyir. F vitamini orqanizmimizə gündəlik qidalar vasitəsilə mikroqramlarla daxil olsa da bu, onun orqanizmdə toplanmasına kifayət edir. Orqanizm F vitaminini sağlamlıq üçün vacib olan yağlara çevirir. F vitamininə balıq, lobya, qarğıdalı, kətan, qoz, avokado, yemiş, badam, zeytun yağının tərkibində rast gəlinir.
C.Məhərrəmov orqanizmdə F vitamininin səviyyəsini ölçmək üçün üsul və cihazın mövcud olmadığını da vurğulayıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1477   Tarix: 05 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur

Axşam yeməyində nə yediyiniz qədər, onu hansı saat aralığında istehlak etdiyiniz də böyük önəm daşıyır. Şam yeməyinin vaxtı qidaların bədənimizə göstərdiyi sağlamlıq təsirlərini müəyyən edir. Mütəxəssislər ideal saat aralıqların

.

Xərçəngdən qorunmaq üçün 10 vacib QAYDA

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təxminən 20 milyon insana xərçəng diaqnozu qoyulur və 10 milyona yaxın insan bu xəstəlikdən həyatını itirir. xəbər verir ki, mütəxəssislər bildirir ki, düzgü

.

Yemək yeyəndə etdiyimiz bu səhv ürəyi MƏHV EDİR

Hazır yeməklərə əlavə duz qatmaq sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, artıq duz istifadəsi ürək-damar sisteminə ciddi ziyan vurur. Gündəlik ehtiyacdan artıq du

.

Virusların yayılması artır - Həkim xəbərdarlıq etdi

Hava temperaturunun kəskin dəyişdiyi bu dövrlərdə immun sistemi zəifləyən insanlarda virusların yayılması sürətlənir. Qapalı məkanlarda daha çox vaxt keçirilməsi və kifayət qədər havalandırmanın olmaması isə bu xəstəlikləri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ayaq və əllərdə göbələk varsa, belə edin

Dırnaqdakı göbələk virusundan yəqin ki, çox insan əziyyət çəkib. Bir dəfə bu problemlə qarşılaşmaq onun tez-tez qayıdacağından xəbər verir. -ın məlumatına görə, göbələk virusu yaz və yay aylarında daha da aktivləşir. Onu

.

Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanız

.

Tez-tez istehlak edirik amma çox təhlükəlidir - Xəbərdarlıq

Gündəlik həyatımızda bir çox qida və içki qəbul edirik. Bəziləri sağlamlığımız üçün faydalı olsa da, digərləri zərərli təsirləri ilə seçilir. xəbər verir ki, mütəxəssislər gündəlik olaraq tez-tez istehlak edilən emal olunmu

.

Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL

Müasir dövrün ən kəskin problemlərindən biri də yuxusuzluq, yəni elmi adı ilə desək, insomniadır. Həm daxili, həm də xarici faktorların təsiri nəticəsində bu problemin əsl səbəbini tapmaq bəzən xeyli çətinləşir. xəbər veri

turlar.az

sac duzumleri qis geyimləri 2026 qadin sayti nişan və evlilik badimcan salati kakos yagi buruq sac duzumleri 2026 kosmetika atalar sözü xlor lekesi əqrəb dolça bayatılarımızda vətən həsrəti