Oruc tutanlara orqanizmdə susuzluq yaratdığına görə duzlu-ədviyyatlı yeməkləri rasiondan çıxarmaq tövsiyə olunur

Oruc tutanlara orqanizmdə susuzluq yaratdığına görə duzlu-ədviyyatlı yeməkləri rasiondan çıxarmaq tövsiyə olunurRamazan günlərində 16 saata yaxın oruc tutmaq, ac-susuz qalmaq bədənin enerjisini alır və temperaturu yüksəldir. Ona görə də lazımi vitamin və mineralların kifayət qədər qəbul olunması vacibdir.
həkimlər bildirirlər ki, gün ərzində susuz və tox saxlaya bilən qidaları qəbul etmək həm bədəni gücdən düşməyə qoymur, həm də susuzluğa qarşı müqaviməti artırır. İftarla imsaq arasında ən azı 12 stəkan su içmək və meyvə-tərəvəzləri süfrədən əskik etməmək lazımdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Sevinc Həsənzadə deyib: "İmsaq zamanı daha çox süd məhsulları, yulafdan hazırlanan qidalar və sıyıq yemək lazımdır. Yaxud 4-5 ədəd xurma yemək də gün ərzində tox saxlayır. Çalışıb həmin dövrdə duzlu-ədviyyatlı yeməkləri rasiondan çıxarmaq lazımdır, çünki həmin qidalar susuzluq yaradır. İmsaqda boyat yeməklərlə qidalanmaq da köpə və ağırlığa səbəb olur".
İmsaq zamanı həm protein, həm də zülal tərkibli yumurta qəbul edilməsi də gün ərzində tox saxlayacaq qidalardan sayılır. İftar zamanı isə gün ərzində aclıq davam etdiyinə görə metobolizm zəifləyir və oruc tutanlar daha çox qida qəbul etmək istəyirlər, bu isə mədədə sancı və ağrı yarada bilər.
"İftar zamanı əvvəlcə yarım kasa sulu yemək, sonra qəbul edilən ət, balıq və toyuqdan hazırlanan xörəklər çoxlu salatla yeyilməlidir ki, onun həzminə kömək etsin. Ən mühüm məsələlərdən biri də yatana qədər orqanizmin su balansını gözləməkdən ibarətdir. Təxminən hər saatdan bir 1 stəkan su içmək lazımdır. Meyvəni dərhal xörəyin üstündən yemək olmaz",- deyə həkim-diyetoloq bildirib.
Ramazan ayında rejim dəyişdiyinə görə vaxta və yeyilən qidaya diqqət yetirmək lazımdır, əks halda mədə problemləri ilə üzləşmək olar. Ona görə də yaxşı olar ki, mədə-bağırsaq, qaraciyər, böyrək, öd daşı problemi olanlardan orqanizm mayesiz qalanda immun sistemi zəiflədiyinə görə xəstəliklər fəallaşa bilər və ona görə həmin xəstəliyi olanların oruc tutması çox da vacib deyil.
Mütəxəssislər fasilələrlə qidalanmağın faydalı olduğunu söyləyirlər. Qəbul edilən qidaların yaxşı həzm olunması üçün piyada gəzmək və yuxu rejiminə düzgün əməl edilməlidir.
Ramazan.Milli.Az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2148   Tarix: 14 aprel 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

toy gecesi qadin sayti geymler 2026 paltar modelleri kitayski roza fotoqaleriya qış salatları kosmetika masqalar vətənə aid bayatılar haxista sirin qogal efsane