Öskürək preparatları

Öskürək preparatlarıÖskürək qoruyucu reaksiyadır. Orqanizm tənəffüs orqanlarını yoluxduran yad törədicilərdən öskürəklə azad olunur. Lakin bu o demək deyil ki, öskürəklə mübarizə aparmalı deyilik.
Öskürəyin növləri
Öskürək fərqli olur. Simptomun davamlılığına görə ayrılır:
• Kəskin öskürək - 2 aya qədər davam edir. Kəskin öskürəyin səbəbi, adətən, kəskin respirator virus ifeksiyaları (KRVİ), allergiya və ya ağ ciyərlərə sirayət edən yad cisimlər olur.
• Xroniki öskürək - 2 aydan çox davam edir. Simptom tənəffüs orqanlarının xroniki xəstəlikləri fonunda yaranır: astma, xroniki bronxit, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) və s.
Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, öskürək çox vaxt tənəffüs yollarında seliyin olub-olmamasına görə fərqləndirilir. Öskürəyə qarşı effektiv vasitə seçimində bu əsas meyardır və bu əlamətdən asılı olaraq öskürəyin aşağıdakı növləri olur:
• Quru (qıcıqlandırıcı və ya qeyri-produktiv). Tənəffüs yollarının qıcıqlanması ilə törənir. Çox vaxt bu cür öskürək respirator xəstəliklərin erkən mərhələsində narahat edir. Davamlı quru öskürək bədəndə əzələ ağrısı yaradır və xəstəni üzür.
• Nəm (və ya produktiv). Bu cür öskürək gur selik ifrazı ilə müşayiət olunur. Adətən, qrip, bronxit və digər respirator xəstəliklərdə quru öskürək nəmlə əvəz olunur.
Öskürəyin səbəbləri
Öskürəyə qarşı effektiv dərman seçmək üçün simptomun səbəbini aşkar etmək lazımdır. Öskürək daha çox bu patologiyalarda narahat edir:
• soyuqdəymə və qrip;
• kəskin və xroniki sinusitlər;
• bronxit;
• pnevmoniya (ağciyərlərin iltihablaşması);
• plevrit;
• allergiya;
• bronxial astma;
• AXOX;
• ağciyər emboliyası;
• vərəm;
• ürək xəstəlikləri;
• digər səbəblər.
Preparatların təsnifatı
Hazırda bir neçə qrup öskürək əleyhinə prepa­ratlar mövcuddur:
• Mukolitiklər - bəlğəmi durulaşdıran dərman preparatları. Bu effekt bəlğəmin tərkibindəki mukopolisaxaridlərin parçalanması hesabına alınır. Bu təsirdən sonra seliyin özlüyü azalır və selik tənəffüs yollarından tez xaric olunur.
• Bəlğəmgətirici preparatlar - bəlğəmin həcmini artırır, onu durulaşdırır, müxtəlif stimulyasiya maddələri hesabına ağciyərlərin selikli qişasını möhtəviyyatı daha aktiv xaric etməyə vadar edir.
• Bronxolitik prepa­ratlar - bronxların spazmını aradan qaldıran maddələrdir və yalnız həkim məsləhəti ilə qəbul olunur.
Bilmək vacibdir!
Bronxolitik vasitələrin düzgün istifadə olun­ma­ması bronxların daralmasına və ağciyər spazmlarına səbəb ola bilər.
• Öskürək mərkəzinə təsir edən preparatlar - baş-beyni səviyyəsində öskürək refleksini yatıran mərkəzi təsirli dərmanlar. Çox vaxt quru öskürəyə qarşı istifadə edilir.
• Periferik təsirli preparatlar. Bu dərmanlar periferik sinirlərə, tənəffüs yolları reseptorlarına, iltihab mediatorlarına təsir edir.
• Kombinasiya edilmiş vasitələr - tərkibində müxtəlif farmakoloji qrupa mənsub olan təsir maddələri birləşdirilib. Misal üçün, mukolitik, bronxolitik və bəlğəmgətirici vasitələrin kombinasiyası.
Milli.Az

Xəbərlər     Baxılıb: 3889   Tarix: 03 sentyabr 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

qadin dunyasi geymler 2026 kosmetoloq dərslər toy ideyalari laylalar milli yeməklər kosmetika eqreb xanim az paxlava rus dilini öyrənək