Öskürək və onunla mübarizə formaları

Öskürək və onunla mübarizə formalarıYeni növ koronavirus (COVID-19) xəstəliyinin alqoritmi üç əsas istiqamətdə aparılmalıdır. Bu, kliniki müayinələr, epidemioloji anamnez və laborator diaqnozudur. Xəstənin ilk kliniki əlamətlərindən biri də öskürəkdir. Yoluxmanın ilk mərhələsində həmin virus yuxarı tənəffüs yollarında çoxalır, sonra aşağı enərək ağciyərlərə düşür və iltihabi proses başlayır. Öskürəkdən sonra ikinci mərhələ hərarətin artmasıdır. Ona görə də ilkin əlamətlərdən biri öskürəkdir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə pediatr-infeksionist Aytən Ziyadova deyib.
Onun verdiyi məlumata görə, öskürək tənəffüs orqanları xəstəliklərinin tez-tez baş verən əlamətlərindən biridir, tənəffüs yollarının və ağciyər toxumasının selikli qişalarının iltihabı nəticəsində, həmçinin tənəffüs yollarına toz, qaz, tütün tüstüsü, maye və s. düşdükdə meydana çıxır. Bəzən həyəcan keçirəndə və emosional gərginliklə üzləşəndə öskürək yarana bilər, lakin allergik mənşəli öskürək də olur.
Pediatr-infeksionist deyib: "Davametmə müddətinə görə tutmayabənzər, dövrü davam edən və ya periodik, xüsusilə bronxit zamanı fasiləsiz davam edən və qısamüddətli öskürəklər olur. Bəlğəmin olub-olmamasından asılı olaraq öskürək nəmli və quru olur. Nəmli öskürəkdə bəlğəm ayrılır və ona əsasən bronxit, ağciyərin iltihabı və vərəmdə təsadüf edilir. Quru öskürək yuxarı tənəffüs yollarının xəstəliklərində, bronxların yad cisimlə qıcıqlanması nəticəsində, bronxların və ağciyərin iltihabı xəstəliklərinin başlanğıc mərhələsində meydana gəlir. Öskürəyi aradan qaldırmaq və yüngülləşdirmək üçün hər şeydən əvvəl onu törədən əsas xəstəliyi müəyyən etmək və təsir göstərmək lazımdır.
Nəmli öskürəyi suvaşqan, qatı bəlğəmi durulaşdıran və orqanizmdən xaric edən bəlğəm təmizləyən vasitələrlə yüngülləşdirirlər. Öskürəkdə ağrıkəsici vasitələr kimi həkimin təyinatı əsasında xardal kağızları, bankalar və s. tətbiq edilir. Bundan başqa sinəyə isti islatmalar qoyulur və ayaqlar ilıq suda vanna edilir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1057   Tarix: 29 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

qadin sayti gelinlikler geyim və ayaqqabılar daban agrisi sizanaga qarsi maskalar 1 hefteye 5 kq ariqlamaq göyəmin faydası kosmetika gunay vətən həsrətinə aid bayatılar maraqli hakistalar cinsi əlaqə novruz haqistalari