Ov tüfəngi ilə qardaşını qətlə yetirdi, onun körpə uşaqlarını... - Şamaxıda dəhşət

Ov tüfəngi ilə qardaşını qətlə yetirdi, onun körpə uşaqlarını... - Şamaxıda dəhşətŞamaxı şəhərində qardaşını öldürməkdə təqsirli bilinən 1971-ci il təvəllüdlü Azad Rəşidzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xanim.az teleqraf.com-a istinadən xəbər verir ki, Azad Rəşidzadənin ailəsi ilə qardaşı Azər Rəşidovun ailəsi birlikdə Şamaxı şəhəri, Hüseyn Ciddi küçəsində yerləşən evin ayrı-ayrı mərtəbələrində yaşayıblar.

Son zamanlar ailə-məişət zəminində iki ailə arasında mübahisələr baş verib.

Azad Rəşidov 7 iyun 2016-cı il tarixdə saat 16 radələrində növbəti gün Rusiyaya getməsi ilə əlaqədar bir müddət evdə olmayacağına görə anası Fənarənin tövsiyəsinə əsasən həyətdə qardaşı Azərin arvadı Xəyaləyə anası ilə mehriban davranmağı, münaqişə yaratmamağı tələb edib.

Azad iradını kobud şəkildə bildirib, mübahisə zamanı o, Xəyalə Rəşidovaya yumruq atıb. Yumruq dəymədiyi üçün daha da əsəbiləşib, qardaşı arvadını qorxutmaq məqsədi ilə evin ikinci mərtəbəsində saxladığı ov tüfəngini və patrondaşın içindən atəşə yararlı vəziyyətdə olan üç patron götürərək həyətə qayıdıb.

Azad Rəşidzadə patronlardan birini tüfəngə qoyub və havaya atəş açıb. Həmin vaxtı iki azyaşlı uşağı ilə çöldə dayanmış Xəyalə Rəşidovanın əri Azər Rəşidov atəş səsinə həyətə girib.

Azər qardaşı Azadın üzərinə gedərək ləyaqətini alçaldan nalayiq sözlər işlədib. Bu sözlərdən qəzəblənən Azad Azərə iki azyaşlı uşağı və arvadı Xəyalənin gözü qarşısında atəş açıb.

Azər aldığı xəsarətdən hadisə yerində ölüb. İkinci dəfə atəş açmaq istəyərkən Xəyalə ona Azərin öldüyünü deyib, daha atəş açmamağı xahiş edib. Xəyalə yalvarsa da Azad onun bu sözlərindən daha da azğınlaşıb.

O, tüfəngin lüləsinin istiqamətini dəyişib və həyətdə təxminən 4-5 metr məsafədə dayanmış Azərin uşaqları, 2013-cü il təvəllüdlü Adəm və 2011-ci il təvəllüdlü Aysuna tuşlayıb, onları anaları Xəyalənin gözü qarşısında öldürmək istəyib.

Həmin vaxt Azadın arvadı Möminə yaxınlıqda olub. Azad atəş açmaq istəyərkən Möminə sağ əlilə tüfəngin lüləsinin ucundan tutub və atəşin istiqamətini dəyişmək məqsədi ilə tüfəngi kənara itələyib.

Bu səbəbdən atılmış qırmalar qardaşı uşaqlarına xətər yetirməyib. Möminə isə sağ əlindən xəsarət alıb.

İstintaq orqanı tərəfindən Azad Rəşidzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azad Rəşidzadə 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Azad Rəşidzadə apelyasiya şikayəti verib. O, ailə vəziyyətini, himayəsində uç azyaşlı uşağının olmasını nəzərə alınmasını, hökmün dəyişdirilməsini, təyin edilmiş cəzanın azaldılması barədə qərar qəbul edilməsini xahiş edib.

Azad Rəşidzadənin apelyasiya şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Azad Rəşidzadənin apelyasiya şikayəti təmin olunmayıb.

Qərardan narazı qalan Azad Rəşidzadə kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesin gedişi zamanı həbsxanada cəza çəkən Azad Rəşidzadə hakimə məktub göndərib. O, kasasiya şikayətinə əlavələr edəcəyini göstərib və şikayətinə baxılmasının dayandırılmasını istəyib.

Hakim heyəti həbsxanada cəza çəkən Azad Rəşidzadənin istəyini nəzərə alıb. Bu səbəbdən kasasiya şikayəti araşdırılmayıb və baxışdan çıxarılıb.

Xəbərlər     Baxılıb: 3681   Tarix: 06 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

geymler 2026 kosmetika mehsullari qadın geyimi gözəllik yuxu yozmalar yumurta ile uz maskalari buruq saclara qulluq kosmetika novruz bayramina aid faydalı maskalar fitat qiz evi novruz hakısdası