Övladına şiddət göstərən bilməlidir ki...

Övladına şiddət göstərən bilməlidir ki...Uşağa səmimi şəfqət, nəvaziş göstərməklə valideyn ilk növbədə özünə böyük yaxşılıq edir.
Çünki uşağa hansı duyğuları versə, onları da geri alacaq, qəzəb göstərsə, qəzəb, anlayış göstərsə, anlayış da görəcək.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri psixoloq Gülnar Orucova uşaqlarla davranış qaydaları haqında danışarkən deyib. O bildirib ki, valideynlər uşaqlarına hər yaş dövrünə uyğun davranmalıdır:
"Uşaqlar hər yaş dövründə fərqli olur. Buna görə də onlarla davranışda buna xüsusi diqqət göstərilməlidir. Ümumiyyətlə, uşağı nəyisə eləməyə və ya eləməməyə vadar etmək üçün ona fiziki cəza tətbiq edən, hədə-qorxu gələn valideynlər hazır olmalıdırlar ki, gələcəkdə uşaq onlara daha çox problem yaradacaq.
Xüsusilə, övladına şiddət göstərən valideynlər bilməlidir ki, uşaq özünü dərk etdikdən sonra ona göstərilən şiddəti heç vaxt unutmur və bu onda gələcəkdə psixoloji sarsıntılara səbəb olur. Bəzən bu sarsıntılar o qədər genişlənir ki, onların ailə qurmasında ciddi problemə səbəb olur. Çünki uşaqlığında valideynləri tərəfindən şiddət görən insanların bəziləri düşünür ki, əgər ailə qursalar, onlar da bu şiddəti ailələrinə və uşaqlarına göstərəcəklər. Buna görə də onlar ailə qurmaqdan bir növ çəkinirlər.
Statistikaya baxsaq, görərik ki, şiddətə meyilli olan şəxslərin əksəriyyəti uşaqlığında valideynləri tərəfindən təhqirə və şiddətə məruz qalan şəxslərdir. Buna görə də vaxtında bir qədər səy göstərib və səbrli olmaqla, uşaqlara qarşı daha mülayim davranmaq lazımdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1352   Tarix: 02 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlar niyə valideynlərini eşitmirlər? - 3 əsas səbəb

Bir çox valideynlər uşaqların itaətsizliyi və anlaşılmazlığı problemi ilə üzləşir. Buna məhəl qoyulmasa, hər şey daha da pisləşəcək.   -a istinadən xəbər verir ki, uşağın itaətsizliyinin səbəbini düzgün müəyyən etsəniz, hərəkətləriniz

.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. -a istinadən xəbər verir ki, yazda ortaya çıxa

.

Ət xallarından xilas edən təbii üsul

Kosmetika sahəsində məşhur olan əncir südü dəri problemi yaşayanlar üçün həll yolu ola bilər. -a istinadən xəbər verir ki, xüsusilə təbii üsullarla ziyil və ət xallarından xilas olmaq istəyənlər əncir südündən faydalanırlar

.

Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?

Mövsümi dəyişikliklər ürək sağlamlığına təsir edən mühüm amillərdən biridir. Mütəxəssislər xüsusilə yaz aylarında infarkt, ürək çatışmazlığı və insult risklərinin artdığına diqqət çəkirlər. -a istinadən xəbər verir ki, kardioloq

.

Baş gicəllənməsinə bunlar səbəb olur

Baş gicəllənməsinə 83 müxtəlif vəziyyət səbəb ola bilər ki, bunların da əksəriyyəti qulaq xəstəlikləri ilə bağlıdır. -a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, xroniki başgicəllənmə hallarının 65-70%-i qulaq xəstəliklər

.

Ağcaqanadlar bu qan qrupundan olan insanları "sevir"

Malyariya qansoran həşəratların daşıdığı yeganə xəstəlik deyil. Digər təhlükələrə sarılıq və qanaxmaya səbəb olan sarı qızdırma və Zika qızdırması daxildir. Xüsusilə hamilə qadınlar üçün təhlükəlidir, çünki bu, hamiləliyi

.

Mandarinin zərəri faydasından çoxdur – Həkim

Noyabr-dekabrın ən populyar meyvəsi mandarin - narıngi sən demə, qaraciyərə zərərli imiş. "Medicina"ya istinadən xəbər verir ki, bu barədə endokrinoloq Nataliya Lazurenko danışıb. "Hər gün mandarin yeyənlə

.

Yatarkən smartfonu yanımızda saxlamaq TƏHLÜKƏLİDİR?

Bir çox insanlar gecələr smartfonu çarpayının yanında və ya yastığın altında saxlayır. .   -a istinadən bildirir ki, araşdırmalara görə, mobil telefondan istifadə insan sağlamlığı üçün təhlükəsizdir. Çoxsaylı tədqiqatla

.

Sarımsaq qoxusundan necə qurtulmaq olar?

Sarımsaq mətbəximizin əsas məhsuludur. Demək olar ki, hər gün qabığını soyub doğrayıb bişiririk. .   -a istinadən bildirir ki, əllərdən sarımsaq qoxusunu aradan qaldırmaq üçün ən çox tövsiyə edilən məhsullardan biri də paslanmaya

turlar.az

sonxeber.az kosmetik vasiteler makiyaj instagram yay geyimləri 2024 qerkules maskasi 2024 hicab geyimləri doğumdan sonra bəxtiyar vahabzadə kosmetika kondom nedir yemekler uzeyir novruza aid hakisda ariqla