Övladlarınıza bəd-dua etməyin!

Övladlarınıza bəd-dua etməyin!Hirsli olduğunuzda övladlarınıza bəd-dua etməyin!

"Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri də o tezliklə versəydi, şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu. (Allah insanların yaxşı dualarını tez qəbul etdiyi kimi, qəzəbli halda etdikləri bəd duaları da dərhal qəbul buyursaydı, onlar çoxdan məhv olub gedərdilər. Allah bəndələrinə əzab verməkdə tələsməz, özlərini islah edib pis əməllərdən çəkinmək üçün möhlət verər). Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri öz azğınlıqları içərisində şaşqın bir vəziyyətdə qoyarıq!" ("Yunus" - 11; "Təfsiru-l-Qurani-l-Azım", 5/45-46)

İnsan [özünə] xeyir-dua etdiyi kimi, bəd dua da edər. [Adamın hirsi tutduqda özünə, yaxud övladına bəd dua edər. Əgər Allah həmin şəxsin duasını qəbul etsə, dərhal onun özünü, yaxud övladını məhv etməlidir. Lakin Allah səbrlidir, bəndələrinə əzab verməkdə tələsməz].
İnsan [hər şeydə] tələsəndir [gördüyü işinin aqibətini düşünməyə hövsələsi çatmaz]." ("əl-İsra" - 11)

Mücahid (rahiməhullah) bu ayənin təfsirində demişdir: "Şər dua insanın tələsərək övladına yaxud həyat yoldaşına qarğış etməsidir. Halbuki, etdiyi bəd duanın həyata keçməsini istəməz." (İbn Cərir, "Cəmiu-l-Bəyan", 9/47-48.)

İbn Kəsir (rahiməhullah) bu ayəni açıqlayaraq demişdir: "Allahu təala insanın tələsən olmasından bəzən özünə, övladına yaxud malına şər dua, yəni ölüm, həlak, lənət və buna bənzər dua etməsindən xəbər verir. Əgər rəbbi onun duasını qəbul edərsə, həlak olar.
Necə ki, Allah-təala buyurmuşdur:

Cabir ibn Abdullahın (radiyallahu anhu) belə dediyi rəvayət olunmuşdur:

Hirsli olduğunuzda övladlarınıza bəd-dua etməyin!

"Peyğəmbərlə (sallallahu aleyhi va əlihi va səlləm) birlikdə Buvat dağı döyüşündə gedirdik. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) əl-Məcdi ibn Amr Cuhənini axtarırdı. Bir dəvəni bizdən olan beş, altı, yaxud yeddi kişi növbə ilə minirdi. Ənsardan olan bir kişinin dəvəni minmək növbəsi gəlib çatdı. O, dəvəni yerə yatıraraq üzərinə mindi və getməsi üçün başını buraxdı. Lakin dəvə yerindən tərpənmədi. (Bu zaman kişi dəvəyə) qışqıraraq "Allah sənə lənət etsin" - dedi. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: "Dəvəsinə lənət edən kimdir?" (Kişi): "Mənəm, ey Allahın Rəsulu". (Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: "Düş onun üstündən! Bizimlə lənət olunmuş dəvə ilə gəlmə. Özünüzə, övladlarınıza, mallarınıza bəd dua etməyin. Allahtəalanın istənilən duaya cavab verdiyi elə bir saat vardır ki, o saata müvafiq olarsınız və (Allah-təala) sizin bəd duanızı qəbul edər." (Müslim, 7437.)

Hədisdən aydın olur ki, edilən bəd duanın qəbul olunmasına ehtimal vardır.
Həmçinin, Əbu Hureyrədən rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:

Hirsli olduğunuzda övladlarınıza bəd-dua etməyin!

"Üç qəbul olan dua vardır ki, onların qəbul olunmasına heç bir şəkk yoxdur: məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi bəd dua." (əbu Davud, 1533, İbn Macə, 3862, Albani həsənləşdirmişdir. "əs-Sahihə", 596)
Ona görə də müsəlman özünü övladları, mal-dövləti və.s üçün xeyir-bərəkət dualarına vərdiş etdirməli və qəzəbləndiyi zaman özünə, övladına, malına və s. bəd dua etməkdən çəkinməlidir.
Çünki etdiyi bəd dua qəbul olar və sonra da onun qəbul olmasına peşman olar. Halbuki, o özü bu bəd duanı etmişdir.

Ailə və Uşaq     Baxılıb: 3172   Tarix: 15 dekabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

turlar.az

reseptler qadin sayti gelinlikler yay kolleksiyasi murebbeler hamilə qadın hicab modelleri kosmetika baldiza aid hakisda rus dilin nece orenek cekc pornuxa novruza aid hakisda heyati