Özünə inam hissini necə artırmalı

Özünə inam hissini necə artırmalıÖzünə inam əhəmiyyətli bir fərdi xüsusiyyətdir. İnam hissi bizə həyatla baş etməmizi və problemlərlə həqiqi bir şəkildə mübarizə aparmağımızı təmin edər və çətinliklərə dayanmamızı asanlaşdırır. Özünə inam qazanmaq prosesi, həyatın əhəmiyyətli çətinlikləri ilə başa çıxma gücünə sahib və xoşbəxt olmağa layiq bir adam olma təcrübəsidir.
Özünə inam insana güc verir, enerjisini artırır və daha çox səy göstərməyə təşviq edir. Müvəffəqiyyət üçün ilham mənbəyidir. Uğurlarımızla qürur duymamızı və onlardan zövq almamızı təmin edər.
Bizim yanaşmamızdan asılı olaraq başqa insanlar və xaricimizdəki hadisələr özünə inamımızı yüksəldə, ya da sonlandıra bilər. Həyata özünə inamlı bir şəkildə yaxınlaşmaq və bunu davam etdirmək vacibdir. Ancaq  həddindən artıq bir güvən duyğusu ilə hərəkət edərək özümüzü və digər insanları narahat etmə riskini də almamaq lazımdır.
Özünə inam olmadıqda işləri edə bilmə qabiliyyətimizə əmin ola bilmərik. Lazımlı bacarığa və təcrübəyə sahib olduğumuzu bildiyimiz halda, daha əvvəl heç etmədiyimiz bir işlə qarşılaşdığımızda narahat oluruq. Bir çox hallarda, xüsusilə qərar verdiyimiz halda və ya yeni insanları işin içinə qatmamız lazım olan vəziyyətlərdə narahat olarıq.
Özünə inam, hədəflərimizin arxasından gedərkən bizə güc verir. Uğurlarımızla doyum və rahatlıq hiss etməmizə icazə verir. Özünə inamımızın güclü olması vəziyyətində müvəffəqiyyət bizə təbii və doğru gəlir.
Bir çoxumuz, müəyyən zamanlarda, müəyyən insanlarla və müəyyən vəziyyətlərdə özümüzü etibarlı hiss edərkən, bəzi hallarda, zamanlarda və bəzi insanların qarşısında özünə inamımızı itiririk. Özümüzə olan güvən duyğumuza nələrin təsir etdiyini doğru anlamamız lazımdır.
Bunun üçün bu sualları özümüzə verməli və dürüst cavablar tapmalıyıq.
Özümüzə ən çox güvəndiyimiz zamanlar hansılarıdır? Qabiliyyətlərimizə əmin olduğumuz və özümüzü ən rahat hiss etdiyimiz vəziyyətlər nələrdir?
Qarşısında özünə inamımızın ən yüksək olduğunu düşündüyümüz insanlar kimlərdir?  Nə üçün?
Onlar bizə özünə inamımızı artıracaq nə söyləyirlər və ya nə edirlər?
Nə zaman özümüzə olan etibarımızı ən aşağı olduğunu hiss edirik?
Özünə inamımızı azaldan nələrdir?
Hansı insanlar və hansı vəziyyətlər bizim özümüzü etibarsız hiss etməmizə səbəb olur?
Deyilən ya da edilənlər nələrdir?
Bu suallara cavab verərkən hazır olmadığınız yeni vəziyyətlərdən ya da geyimlərdən və xarici görünüşünüzün yaxşı olduğu zamanlardan söz edə bilərsiniz. Özünə inam, əsasən özümüzü necə hazırladığımız və özümüzü necə gördüyümüz ilə əlaqədardır. Özünə inam gəlib gedən, azalıb artan bir duyğudur. Bəzi günlər özümüzü digər günlərə görə daha etibarlı və güclü hiss edərik. Bəzi günlərdə də özümüzü yoldaşlarımızın yanında qeyri-kafi hiss edərik və ya öz qabiliyyətlərimizi davamlı olaraq onlarınki ilə müqayisə edərək yaşayarıq.
Özünə inamımızın zəiflədiyi vəziyyətlərdə edə biləcəyimiz ilk iş, heç kimin mükəmməl olmadığını qəbul etməkdir. Bəlkə başqa insanların, sizin sahib olmadığınız bacarıqları vardır. Ancaq siz də böyük ehtimalla onların edə bilmədiyi bəzi şeyləri edə bilirsiniz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1539   Tarix: 26 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

aksessuarlar geyim və ayaqqabılar yemek reseptleri kesəriyyə seks pozalari atalar sozleri veten haqqinda dunyanin en seksual qadinlari kosmetika rus dili 2ci ders kondom sirniyatlar hamilelik penis