"Özünə "sponsor" axtaran, varlı kişilərin..."-gənc model nələr danışdı nələr

"Özünə "sponsor" axtaran, varlı kişilərin..."-gənc model nələr danışdı nələrSima Şərafətdinova: "Modellərə pis gözlə baxıldığı üçün atam mənə qarşı çıxdı"

Türkiyənin "TV 8" telekanalında yayımlanan "İşte benim stilim" proqramının qalmaqallı azərbaycanlı iştirakçısı, hazırda özünü model və aktrisa kimi sınayan Sima Şərafətdinova ilə paytaxt otellərindən birində keçirilən tədbirdə qarşılaşdıq.

Qadinsayti.az musavat.com-a istinadən Sima ilə müsahibəni təqdim edir:

- "İşte benim stilim"in ən qalmaqallı iştirakçılarından biri idiniz. Müsabiqə həyatınızda nələri dəyişdi?

- 13 yaşımdan modellik karyerama başlamışam. Hər zaman özümə güvənmişəm, inanmışam ki, bir gün çox populyar biri olacağam. 18 yaşımda arzuladığımdan qat-qat yüksək zirvədəyəm. "İşte benim stilim" yarışmasına qatılanda yadda qalan iştirakçı olacağımı düşünürdüm. Amma sonradan model və aktrisa kimi tanınacağımı bilmirdim. Məni yalnız müsabiqə iştirakçısı kimi deyil, podiuma çıxdığım dəfilələrdən, rol aldığım ekran işlərindən tanıyırlar. Bu, sevindirici haldır.

- Qalmaqallar əsasən tamaşaçıda qıcıq yaradır. Simanı insanlara sevdirən nə oldu?

- Tamaşaçılar məni xarakterimə görə sevdilər. Hər zaman sözümü deməyi bacarmışam və səmimi olmuşam. İnsanlara yuxarıdan aşağı baxmıram. Məni layihələrə dəvət edən prodüserlər də deyir ki, səndə star işığı var. Uşaqlıqdan diqqəti üzərimə çəkməyi bacarmışam. Düşünürəm ki, bu, mənə verilən vergidir. İnsanlar səmimi və sadə olduğum üçün məni sevir.

- Müsabiqənin münsifləri – Nur Yerlitaş, İvana Sert, Kemal Doğulu tez-tez makyajınızı və geyimlərinizi tənqid edirdi. Onlar bildirirdilər ki, yaşınıza uyğun geyinmirsiniz. Sima tənqidlərə baxmayaraq imicini dəyişməyib.

- Mənim yaşıdım olan dünya ulduzu çoxdur. Onlar da yaşından böyük geyinir, makyaj edirlər. Mən də qonaq olduğum məclisə uyğun geyinirəm. Münsiflərin hər dediyinin doğru olduğunu düşünmürəm. Geyimlərim barədə bəzi iradlarda həqiqət vardı, o qüsurları aradan qaldırdım. Dabanı çox hündür olan ayaqqabı ilə qısa ətəklərin yaraşmadığını öyrəndim. Makyajımın isə özüməməxsus olduğunu düşünürəm. İnsanlar məni hazırkı imicim ilə qəbul edir.

- Türkiyədə çəkilən "Türk lokumu" filmində baş rolu canlandırmısınız. Artıq qardaş ölkədə kinoteatrlarda həmin film nümayiş olunmağa başlayıb. Bir az rolunuzdan danışın?

- Film aprelin 6-da Türkiyədə nümayiş olunmağa başlayıb. Mənimlə birlikdə Oya Aydoğan, Metin Yıldız, Tuba Ekinci bu ekran işində rol alıb. Onlarla eyni filmdə rol almaq məni sevindirdi. Tanınmış insanlarla birlikdə baş rola çəkilmək çox xoşdur. Canlandırdığım rol sanki mənim üçün yazılıb, bər-bəzəkli xanımı oynayıram. Filmin qala gecəsinə mən də qatıldım, tamaşaçıların sevgisi ilə qarşılaşdım. Bu qədər diqqət mərkəzində olmaq məni xoşbəxt edir.

- Bu ekran işi Bakıda da təqdim olunacaq?

- İyun ayında Bakıda filmin böyük qala gecəsi keçiriləcək. Daha sonra Azərbaycan kinoteatrlarında nümayiş olunmağa başlayacaq.

- Sima, yeni məşhurlaşmağa başlayanda mətbuata açıqlama vermişdiniz ki, valideynləriniz tanınmış biri olmağınızı istəmir, atanız sizdən utandığını deyir.

- Valideynlərim məni qorumaq üçün məni şou aləmdən uzaq tutmağa çalışırdı. Atam deyirdi ki, nəslimizdə artist olmayıb, incəsənətə necə marağın ola bilər? Televiziyadakı insanlar doğru yolla getməyiblər. Mən atama söz verdim ki, doğru yoldan ayrılmayaraq tanınmış sima olacağam. Atama verdiyim sözü tutdum. Ona görə də hazırda heç bir layihəmə qarışmır. Düzdür, azərbaycanlı kişisi olaraq açıq-saçıq filmlərdə rol almağıma icazə vermir, haqqı da var. Tezliklə Türkiyədə model agentliyi quracağam, gözəllik yarışması keçirəcəyəm. Modellik sahəsində "qurd insanlar" çox olduğu üçün mənim kimi yaşı az olub, bu sahəyə marağı olan şəxslər qabağa gedə bilmirlər. Bu tendensiyanı pozmağı planlayıram.

- Türkiyədə model biznesinin inkişaf səviyyəsi bəllidir. Azərbaycanda modellik sahəsi hələ yeni-yeni inkişaf etməyə başlayır. İndiyə kimi modelliyi ciddiyə alıb, sənət olaraq qəbul edən insanlar az idi. Model biznesinin gələcəyi haqda nə düşünürsən?

- Hazırda Azərbaycanda modellik Türkiyənin 15-20 il öncəki halındadır. Hər Bakıya gəlişimdə insanların model müsabiqələrinə marağının artdığının şahidi oluram, gənc modellərin geyim tərzi, makyaj üslubu dəyişib. Mənim "İşte benim stilim" yarışmasına qatılmağımın da Azərbaycandakı model biznesinə böyük təsiri var. Məndən sonra adıçəkilən sahəyə maraq artıb. Azərbaycanda modelyerlər paltarlarını sata bilmir, bu da biznesə ciddi təsir göstərir. Keçirilən dəfilələrdə modellərə normal qonorar verilmədiyi üçün model olmaq istəyənlərin də marağı azalır.

- Azərbaycanda model qızlara qarşı olan fikir birmənalı deyil. Modellər onlara əxlaqsız təkliflər olduğunu tez-tez dilə gətirirlər.

- Atam da bu cür söz-söhbətlərə görə məni bu sahədən qorumaq istəyirdi. Bəlkə də, yaşım az olduğu üçün mənə bu cür təkliflər olmayıb. 18 yaşımda Türkiyədə keçirilən yarışmadan tanındım, orada çəkilən filmdə məşhur simalarla baş rolu canlandırdımsa, deməli, düz yolla da hər şeyə nail olmaq olar. Azərbaycanda model olmaq istəyən qızların qarşısını kəsirlər. Mən bu sahənin inkişaf etməsi üçün əlimdən gələni edəcəyəm, modellərə qarşı ədalətli davranacağam. Çünki mənə çox haqsızlıq oldu. Demək olmaz ki, azərbaycanlı modellər əxlaqsızlığa üz tuturlar. Bu sahədə pul yoxdur. Özünə "sponsor" axtaran, varlı kişilərin diqqətini çəkmək istəyənlər modellik müsabiqələrinə qatılaraq özlərini tanıtmağa çalışırlar. Dünyanın bir çox ölkələrində belə "modellər" var.

- "İşte benim stilim" Azərbaycanda seviləndən sonra "ATV"də "Bu stil mənim" proqramı yayımlanmağa başladı. Proqramda yaşanan qalmaqallar "Bu stil mənim"in efirdən yığışdırılmasına səbəb oldu. "Bu stil mənim"i izləyirdiniz, iştirakçılar barədə nə deyə bilərsiniz?

- "Bu stil mənim"in iştirakçıları çəkiliş üçün "İşte benim stilim"in studiyasına gələndə mən də müsabiqədə idim. 1-2 iştirakçı müsabiqəyə uyğun idi. Digərlərini görəndə dəhşətə gəldim, geyimləri məni şoka saldı. 3-4 gün Türkiyə komandası onların arxası ilə danışıb güldülər. Əlbəttə, mən onları müdafiə etməyə çalışdım. Bizim qızların bir hərəkəti qəlbimi qırdı. Azərbaycandan gələn iştirakçıları "İşte benim stilim"ə çağırdılar, onlardan kimlə rəqs etmək istədiyini soruşanda Emel adlı iştirakçını çağırdılar. Həmvətənləri olaraq məni çağırmadıqları üçün qəlbim qırıldı və onları dəstəkləmədim. Onları müdafiə etdiyim üçün özümü qınadım. Emel adlı iştirakçı səs toplamaq üçün azərbaycanlı olduğunu deyirdi. Lakin "4 günlük müharibə" ərəfəsində səssiz qaldı, çünki orada erməni dostları var. Yerli müsabiqədə münsif kürsüsündə Fəxriyyə Xələfovadan başqa digər jürilərin əyləşməsi doğru deyildi (bu müsabiqədə Günay Musayeva və Zaur Baxşəliyev də münsif idi). Moda sahəsindən uzaq olan şəxslərin münsif olması ölkədə stil sahibi olan qızları bu müsabiqədən uzaqlaşdırdı.

- Tədbirlərdə aparıcı olaraq fəaliyyət göstərirsiniz. Televiziyada proqram təqdim etmək planınız var?

- Türkiyə telekanallarından aparıcılıq təklifi olub, lakin qonorar məni qane etmədiyi üçün qəbul etməmişəm. Məşhur olmaq üçün Azərbaycanda illərlə çalışdım, lakin bir nəticə əldə edə bilmədim. Bundan sonra hədəfim dünya ulduzu olmaq, vətənimi başqa ölkələrdə layiqli təmsil etməkdir. Azərbaycanda hər hansı böyük iş görmək istəmirəm. Türkiyənin 300 milyon izləyicisi olan telekanalından serial təklifi gəlib. Onlarla görüşüb rol və qonorar haqda danışıqlar aparacağam.

- Sima, söhbət əsnasında dediniz ki, atanız açıq-saçıq səhnələrdə çəkilməyə icazə vermir. Özünüz, özünüzə hansı qadağaları qoymusunuz?

- Açıq-saçıq, sevişmə səhnəsində çəkilmərəm. Dünyaca məşhur biri olsam da, gələcəkdə uşaqlarımın mənim filmlərimdən utanmasını istəmirəm. 10 il sonra ana olanda övladlarıma deməsinlər ki, bax, ananın alt paltarında fotoları var. Sevişmə səhnələri, alt paltarında çəkilən fotolar insanı bir müddət gündəmdə saxlaya bilər, lakin illər keçdikcə insana utancdan başqa hiss yaşatmaz.

- 18 yaşınız var, hazırda karyeranızda yüksəliş dövrünü yaşayırsınız. Ailə, övlad haqda düşünmək tez deyilmi?

- Mən nə qədər məşhur olsam da, ailəyə bağlı biriyəm. Önümüzdəki 1-2 il ərzində ailə qurmağı düşünmürəm. Amma bu işlər qismətə bağlıdır. Qızların tez ailə qurmasının tərəfdarıyam. Tez ərə gedəndə insanın həyatında 1 nəfər olur, xəyal qırıqlığı yaşamır. Bu, daha yaxşıdır. Ailə qurduqdan sonra da karyera haqda düşünmək mümkündür.

- Ailə quracağınız şəxs sizi incəsənətdən uzaqlaşdırmaq istəsə, necə reaksiya verərsiniz?

- Bu günə kimi evlilik təklifləri çox almışam. Sənətim mənim üçün imtina olunmazdır. Kamera önündə olmağı sevirəm. Bəlkə 40 yaşımda işimdən uzaqlaşa bilərəm. Əminəm ki, mənimlə evlənmək istəyən insan sənətimi də sevəcək.

Maraqlı     Baxılıb: 2727   Tarix: 21 aprel 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Azərbaycanlı reperin treki imtahan sualına salındı - FOTO

Reper Orxan Zeynallının (AİD) sözləri imtahanda istifadə olunub. olay-a istinadən xəbər verir ki, sənətçinin "Bir gün ökkədən qaçıb azmaq iri arzum, Elə bilmə səni yaddaşdan pozmaq idi arzum. Artıq donub əlləri, gücl

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

turlar.az

qaşların formalari qadin dunyasi aksessuarlar qripdə nə etməli makaron reseptləri hamiləlik həftələri janrlar kosmetika oglan evi yemek reseptleri kurtlar vadisi novruz hakista novruza aid hakista